Mingəçevir Dövlət Universitetinin (MDU) tərəfdaşı olduğu “Azərbaycanda İnstitusional Repozitoriyalar Şəbəkəsi vasitəsilə Tədqiqat Potensialının İnkişaf Etdirilməsi (DIRNA)” adlı Erasmus+ layihəsi çərçivəsində Finlandiyanın Jyvaskala Universitetində növbəti təlimlər keçirilir.
Azərbaycanın müxtəlif ali təhsil müəssisələrindən nümayəndələrin iştirak etdiyi təlim proqramında MDU-nu İnformasiya texnologiyaları kafedrasının müəllimi Elçin Tağıyev təmsil edir.
Keçirilən təlimlərin əsas məqsədi Azərbaycan ali təhsil sistemində keyfiyyətli tədqiqat işlərinə əlçatanlığın təmin edilməsi istiqamətində Finlandiya təcrübəsindən faydalanmaq, təhsil-tədqiqat mühitinin formalaşmasına təsir edən amillərlə tanışlıq, müasir elektron universitet, kitabxana sisteminin qurulması haqqında məlumat əldə etməkdir.
Layihə çərçivəsində təlimlərdə iştirak edən universitet nümayəndələri Jyvaskala Universitetinin maddi-texniki bazası, kitabxanası və tədris binaları ilə tanış olublar.
Qeyd edək ki, Xəzər Universitetinin koordinatorluq etdiyi DIRNA layihəsi institusional repozitoriyalar (elektron arxiv) şəbəkəsinə açıq girişin təmin edilməsi yolu ilə tədqiqat nəticələrinin idarə edilməsi üzrə potensial yaratmaq məqsədi daşıyır.