MDU-da “Dövlət qulluğunun üstünlükləri: dəyişikliklər və perspektiv planlar” mövzusunda seminar keçirilib

  • Рубрика записиMDU xəbərləri

Mingəçevir Dövlət Universitetində (MDU) Təcrübə və Karyera İnkişafı mərkəzinin təşkilatçılığı ilə “Dövlət qulluğunun üstünlükləri: dəyişikliklər və perspektiv planlar” mövzusunda seminar keçirilib. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparatının Dövlət qulluğu və kadr məsələləri şöbəsinin müavinləri Elşad Əliyev və Rauf Əliyevin təqdimatında keçirilən seminarda MDU-nun bir qrup tələbə və magistrantı iştirak edib.

Seminarda müvafiq qanunvericiliyə əsasən dövlət qulluğu ilə bağlı tətbiq edilən əsas anlayışlar, dövlət qulluğunun prinsipləri, növləri və təsnifatı, dövlət qulluqçusunun məsuliyyəti, əsas hüquqları və vəzifələri, dövlət qulluğuna qəbul və digər məsələlər barədə məlumat verilib və təqdim edilən suallar ətraflı cavablandırılıb.

Seminar iştirakçılar tərəfindən maraqla qarşılanıb.