Mingəçevir Dövlət Universitetinin tələbələrinin iştirakı ilə Mingəçevir su anbarının sahilində ekoloji iməcilik aksiyası təşkil olunub. Aksiyanın əsas məqsədi su hövzələrinin təmizliyinin qorunmasına diqqət çəkmək, ətraf mühitin mühafizəsi istiqamətində gənclərin ekoloji məsuliyyətini artırmaq və tullantıların düzgün çeşidlənməsi ilə bağlı maarifləndirməni təşviq etmək olub.
İməcilik zamanı tələbələr sahilboyu ərazilərdə müxtəlif tullantıları toplayaraq onları növlərinə uyğun şəkildə çeşidləyiblər. Eyni zamanda iştirakçılara plastik, kağız və digər tullantıların ətraf mühitə təsiri, təkrar emalın əhəmiyyəti və su ehtiyatlarının qorunması ilə bağlı məlumatlar verilib.
Tədbir universitetdə həyata keçirilən “yaşıl kampus” təşəbbüsləri çərçivəsində ekoloji dayanıqlılığın təşviqi, təbiətə həssas yanaşmanın formalaşdırılması və tələbələrin sosial-ekoloji fəaliyyətlərə cəlb olunması baxımından mühüm əhəmiyyət daşıyır.
MDU bundan sonra da ətraf mühitin qorunması, su resurslarının səmərəli istifadəsi və ekoloji maarifləndirmə istiqamətində müxtəlif layihə və təşəbbüslərin həyata keçirilməsini davam etdirəcək.