Mingəçevir Dövlət Universitetinin (MDU) Elmi Şurasının 2023/2024-cü tədris ili üzrə sonuncu iclası keçirilib. İclası açıq elan edən MDU-nun rektor vəzifəsini müvəqqəti icra edən, Tədris məsələləri üzrə prorektoru Üzeyir Zeynalov gündəlikdə duran məsələləri Şura üzvlərinin diqqətinə çatdırıb.
İclasın gündəliyinə uyğun olaraq, “İbtidai sinif müəllimliyi” təhsil proqramının Akkreditasiyası üzrə özünütəhlilin nəticələri haqqında hesabatın müzakirəsi aparılıb və “2023/2024-cü tədris ilində MDU Elmi Şurasının qərarlarının icra vəziyyəti haqqında” hesabat dinlənilib. Aparılan müzakirə və müvafiq tövsiyələrdən sonra hər ikisi qəbul edilib.
Sonra, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 06 fevral 2016-cı il tarixli 38 nömrəli “Doktorantura, ali təhsil, orta ixtisas və ilk peşə-ixtias təhsil müəssisələrinin tələbələrinə və şagirdlərə təqaüdlərin təyin olunması və ödənilməsi Qaydası”nın təsdiq edilməsi haqqında Qərarına müvafiq olaraq büdcədənkənar vəsaitlər hesabına 2024/2025-ci tədris ilində MDU-da 500-dən yuxarı bal toplayan abituriyentlərə topladıqları qəbul balı miqdarında birdəfəlik təqaüdün verilməsi təklifi müzakirəyə çıxarılıb və qəbul edilib.
İclas cari məsələlərə baxılmaqla davam edib.
Sonda, Ü.Zeynalov tədris ilinin başa çatması münasibətilə MDU kollektivini təbrik edib, onlara xoş istirahətlər arzulayıb.