Azərbaycan müəllimi, 01.09.2023
Qəzetin PDF versiyası
Mingəçevir Dövlət Universitetinin (MDU) koordinatoru olduğu va Avropa Komissiyası tərəfindən maliyyələşdirilən “Azərbaycan ali tahsil müəssisələrində davamlı sahibkarlıq ekosisteminin gücləndirilməsi” (ENGAGE) mövzusunda “Erasmus+” layihəsi çərçivəsində növbəti təlimlərə start verilib. Avqustun 28-dən sentyabrın 1-dək davam edən təhmlər Estoniyanın Tallin Texnologiya Universitetində (TalTech) keçirilib.
MDU-dan AZƏRTAC-a bildirilib İd. təlim səfərində ENGAGE layihəsində təmsil olunan 11 Azərbaycan universitetinin rektorları, prorektorları, inzibati va akademik hevet üzvləri iştirak ediblər.
Səfərin əsas məqsədi Estoniyanın aparıcı ali təhsil müəssisələrindən biri olan “TalTech”in sahibkarlıq təhsili sahəsindəki qabaqcıl təcrübəsinin öyrənilməsindən ibarətdir.
Təlimlər çərçivəsində sahibkarlıq təhsili, universitet-sanaye əməkdaşlığı, Estoniyanın startap ekosistemi, rəqəmsallaşma, elektron idarəetmə və digər mövzularda seminarlar keçirilib, nümayandə heyəti “TalTech” İnnovasiya va Biznes Mərkəzini, universitetin müvafiq laboratoriyalarını va Estoniyanın ən böyük startapım ziyarət edib.
Təlimlərin açılışında çıxış cdan “TalTcch”in rektoru Tiit L and qonaqları salamlayıb, rəhbərlik etdiyi universitet haqqında ətraflı məlumat verib və taerübə mübadiləsinin faydalı olacağına əminliyini bildirib.
Giriş nitqi söyləyən MDU- nun rektoru Şahin Bayramov “TalTech”in rəhbərliyinə və müvafiq əməkdaşlarına Azarbaycan nümayəndə heyəti adından təşəkkür edib, ENGAGE layihəsi barədə məlumat verib, layihə çərçivəsində həyata keçiriləcək tədbirlərdən əsas gözləntiləri diqqətə çatdırıb.
Təlimlərdə Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev, Azarbaycan Dövlət Aqrar Universitetinin rektoru vəzifəsini icra cdan Zəfər Qurbanov və digərləri iştirak ediblər. Qeyd edək ki, ENGAGE layihəsi çərçivəsində ilk təhmlər cari ilin 21-25 avqust tarixlərində İsveçin KTH Kral Texnologiya Universitetinda keçirilib. MDU Azarbavjanda koordinator statu- sunda Erasmus+ layihəsinin qalibi olan ilk region universitetidir. 36 ay müddətində reallaşdırılacaq layihənin əsas məqsədi Azarbaycan ali təhsil müəssisələrində sahibkarlıq ekosisteminin gücləndirilməsi, akademik heyətin və tələbələrin sahibkarlıq düşüncəsinin inkişaf etdirilməsi, universitetlərimizdə innovativ yanaşmanın təkmilləşdirilməsi, tədris prosesinin məzmununda praktiki komponentlərin artırılması, startap fəaliyyətlərinin və universitet-sənaye əməkdaşlığının genişləndirilməsidir.