EQAC komandası MDU-nun əməkdaşları ilə birgə texniki məsələrlə bağlı bir araya gəlib

  • Рубрика записиXəbərlər (AZ)

EQAC komandası MDU-nun əməkdaşları ilə birgə

texniki məsələrlə bağlı bir araya gəlib

 

      Litvanın EKT iqtisadi konsulatsiya şirkəti EQAC komandası texniki məsələrlə bağlı bir araya gəlib. Bakı Biznes Universitetində təşkil olunan 1 günlük təlimdə müəssisə daxilində keyfiyyətin təminatı üçün istifadə olunan tətbiqi proqram təminatı QPR Graphics və QPR Metrics Avropa Təhsil Standardları (ESG) əsasında real vəziyyət işlənib. Mingəçevir Dövlət Universitetinin (MDU) əməkdaşları EQAC layihəsinin universitet üzrə meneceri, Beynəlxalq əlaqələr sektorunun müdiri Samirə Əhmədova, layihə üzvü Karyera Mərkəzinin direktoru Üzeyir Zeynalov və universitetin İnformasiya Texnologiyaları Mərkəzinin “Unibook” – elektron təhsil sistemi üzrə nümayəndəsi Elçin Tağıyev təlimdə iştirak edərək, QPR Graphics və QPR Metrics sisteminin funksiyalarının necə işlədiyini əyani şəkildə yoxlayıblar. MDU-nun nümayəndələri keyfiyyətin təminatı ilə bağlı Avropa Təhsil Məkanının (EHEA) təcrübəsini öyrənmək üçün təlimdə iştirak edən avropalı təhsil ekspertləri ilə təcrübə mübadiləsi aparıblar.

     EQAC (Azərbaycan Ali Təhsil Müəssisələrində Keyfiyyətin Təminatı Mərkəzlərinin Qurulması) layihəsi Avropa Komissiyası tərəfindən maliyyələşən ERASMUS+ proqramı çərçivəsində həyata keçirilir. 5 avropa, 11 Azərbaycan universitetinin iştirak etdiyi layihə tələbə yönümlü təhsil  proqramlarının yeni standartlara uyğun yazılması, tələbələrlə iş, tələbəyə dəstək, professor-müəllim heyətinin illik fəaliyyətinin reytinq qiymətləndirilməsi və stimullaşdırılması kimi bir sıra konsepsiyaları özündə birləşdirir.

    EQAC çərçivəsində indiyə qədər İngiltərə, Litvada, İsveçdə MDU əməkdaşlarının aktiv iştirak etdiyi müxtəlif təlimlər təşkil olunub.

{phocagallery view=category|categoryid=172|limitstart=0|limitcount=0}