Qazi Universitetinin rektoru MDU-da olub (“Azərbaycan müəllimi” qəzeti, 28.05.2021)

Qazi Universitetinin rektoru MDU-da olub

“Azərbaycan müəllimi” qəzeti, 28.05.2021

Türkiyənin Ankara şəhərində yerləşən Qazi Universitetinin rektoru Musa Yıldızın rəhbərlik etdiyi nümayəndə heyəti Mingə­çevir şəhərinə səfəri çərçivəsin­də Mingəçevir Dövlət Universi­tetində (MDU) olub

Nümayəndə heyətini Azərbaycan Texniki Universitetinin (AzTU) rek­toru Vilayət Vəliyev və Azərbayca­nın Türkiyədəki Səfirliyinin əmək­daşı Nəcibə Nəsibova müşayiət edib.

Görüşdə MDU ilə Qazi Universi­teti arasında əməkdaşlığın yaradıl­masının əhəmiyyətindən və qardaş ölkənin ali təhsil sahəsindəki böyük təcrübəsindən faydalanmaq imkanla­rından bəhs edilib.

MDU-nun rektoru Şahin Bayra­mov cari ilin mart ayında Ankaraya səfəri çərçivəsində keçirilən məh­suldar görüşləri xatırladıb, 95 illik ta­rixə və zəngin ənənələrə sahib Qazi Universiteti ilə işbirliyinin MDU- nun strateji hədəflərinə çatmaq baxı­mından əhəmiyyətini diqqətə çatdı­rıb. Görüş çərçivəsində əməkdaşlıq protokolunun imzalanmasını MDU- nun tarixində ilklərdən biri kimi də­yərləndirən rektor iki universitet ara­sında tələbə və müəllim mübadiləsi, ortaq tədbirlərin təşkili, birgə elmi- tədqiqatların aparılması, inzibati və akademik heyətin bacarıqlarının yüksəldilməsi və digər istiqamətlər üzrə razılıq əldə olunduğunu bildirib.

MDU, AzTU və Qazi Universite­ti arasında üçtərəfli əməkdaşlıq pers­pektivlərindən danışan Ş.Bayramov ölkə başçısının ali təhsilin inkişafına göstərdiyi yüksək diqqət və qayğı sayəsində MDU-nun modernləşdi­rilməsi istiqamətində atılan addım­lardan bəhs edib.

Mingəçevirdə olmaqdan məm­nunluğunu ifadə edən Qazi Universi­tetinin rektoru Musa Yıldız yeni döv­rün ali təhsil müəssisəsinə çevrilmə­yi hədəfləyən MDU-da həyata keçi­rilən işləri yüksək qiymətləndirib və iki universitet arasında qarşılıqlı fay­dalı işbirliyi üçün böyük potensialın mövcudluğunu bildirib. Türkiyədə yeni yaranmış bir sıra universitetlərin inkişafında pay sahibi olduqlarını vurğulayan rektor eyni yanaşma ilə MDU-ya da hərtərəfli dəstək göstər­məyə hazır olduqlarını diqqətə çat­dırıb.

MDU-nun pedaqoji və mühən­dislik fakültələrinin inkişafında ya­xından iştirak edəcəklərini bildirən M.Yıldız universitet əməkdaşlarını və tələbələrini ikitərəfli protokolun yaratdığı fürsətləri dəyərləndirməyə dəvət edib.

MDU ilə AzTU arasında yaradıl­mış çoxşaxəli əməkdaşlığın sürətlə inkişafından danışan rektor V.Vəli­yev hər iki universitetin alimlərinin iştirakı ilə keçirilən birgə faydalı tədbirlərin və elmi müzakirələrin maraqla qarşılandığını bildirib. Ali təhsil müəssisələrinin əməkdaşları arasında dostluq münasibətlərinin və səmərəli işbirliyinin formalaşdığını vurğulayan rektor növbəti mərhələdə MDU ilə daha genişmiqyaslı birgə layihələr reallaşdırmaq əzmində ol­duqlarını deyib

AzTU ilə Qazi Universiteti ara­sında reallaşdırılması nəzərdə tutulan ortaq tədbirlərdən bəhs edən V.Vəli- yev MDU da daxil olmaqla mühən­dislik sahəsində üçtərəfli formatda əməkdaşlığın yaradılmasına zəruri dəstək göstərəcəklərini diqqətə çat­dırıb.

Görüşdə MDU-nun professor- müəllim, inzibati-texniki heyət üzv­ləri, tələbə və magistrantlarının çox­saylı sualları cavablandırılıb.

Sonda MDU və Qazi Universiteti arasında əməkdaşlıq protokolu imza­lanıb