Вы сейчас просматриваете MDU rektoru şəhid ailəsi üzvləri və Vətən müharibəsi iştirakçıları ilə görüşüb

MDU rektoru şəhid ailəsi üzvləri və Vətən müharibəsi iştirakçıları ilə görüşüb

3 noyabr 2025-ci il tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) rektoru Anar Eminov universitetdə təhsil alan müharibə iştirakçıları, qazilər, eləcə də şəhid ailələrinin üzvləri ilə səmimi görüş keçirib.
Görüş zamanı A.Eminov tələbələrlə səmimi söhbət aparıb, onların fikirlərini, təkliflərini və qayğılarını dinləyib. O, universitet ailəsinin bütün üzvləri üçün bu kimi görüşlərin mühüm əhəmiyyət daşıdığını vurğulayıb, xüsusilə də Vətən qarşısında xidmətləri ilə fərqlənən gənclərlə daim ünsiyyətdə olmağın vacibliyini qeyd edib.
Rektor iştirakçılara göstərdikləri fədakarlığa, dövlətə və cəmiyyətə olan xidmətlərinə görə təşəkkürünü ifadə edib, MDU rəhbərliyinin və kollektivinin hər zaman onların yanında olduğunu bildirib.
Görüşdə çıxış edən şəhid ailələrinin üzvləri, qazilər və müharibə iştirakçıları da belə bir səmimi görüşün təşkilinə görə universitet rəhbərliyinə minnətdarlıqlarını bildiriblər, onlara göstərilən diqqət və qayğını yüksək qiymətləndiriblər.
Sonda görüş iştirakçıları xatirə fotosu çəkdiriblər.