MDU-nun Vətən Müharibəsi iştirakçısı, “Azərbaycan Bayrağı” ordenli tələbəsi Elnur Salahov Zəfər Bayramı ərəfəsində tələbələrlə görüşüb

2025-ci ilin 4 noyabr tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) Mühəndislik fakültəsinin tələbəsi, Vətən Müharibəsi iştirakçısı, “Azərbaycan Bayrağı” ordenli Elnur Salahov universitetin bir qrup tələbəsi ilə görüşüb.
Görüş zamanı E.Salahov Vətən Müharibəsində keçdiyi döyüş yolundan, qazandığı təcrübələrdən və müharibə illərində yaşadığı təəssüratlardan söz açıb. O, çıxışı zamanı Vətənə sədaqətin, birlik və həmrəyliyin önəmini vurğulayıb.
Tələbələr qəhrəman müharibə iştirakçısına suallar ünvanlayaraq onun döyüş yoluna dair maraqlı məqamlarla tanış olublar.
MDU-da gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi istiqamətində keçirilən bu kimi görüşlərin davamlı xarakter daşıdığı qeyd olunub.
Qeyd edək ki, Zəfər Bayramı münasibətilə MDU-da müxtəlif tədbirlər keçirilir.