MDU “Xarici dilin öyrənilməsində innovativ strategiyalar” adlı I Beynəlxalq Forumda təmsul olunub

2023-cü il iyunun 9-da Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) “Heydər Əliyev İli” çərçivəsində “Xarici dilin öyrənilməsində İnnovativ Strategiyalar” (IFFT-2023) adlı I Beynəlxalq Forum keçirilib.

Forumun açılışında UNEC rektoru professor Ədalət Muradov, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdəki səfiri Fergus Auld, “Yelo Bank”ın idarə heyətinin sədri Anar Həsənov, Heydər Əliyevin şəxsi tərcüməçisi olmuş, Harvard Universitetinin məzunu Tahir Kərimov, həmçinin yerli və xarici təhsil müəssisələrinin xarici dil müəllimləri iştirak ediblər.

MDU-dan Beynəlxalq Foruma bu ali təhsil müəssisəsinin Xarici dillər kafedrasının müəllimi Fidan İsayeva qatılıb. 

Açılış nitqlərindən sonra Forum çərçivəsində panel müzakirələr, fərqli mövzularda və müxtəlif təlimçilərin çıxışı ilə 14 vörkşop təşkil edilib. Panel görüşlərdə British Counsil, eləcə də yerli və xarici universitetlərin nümayəndələrinin təqdimatları ilə ingilis dilinin tədrisində yaranan çətinliklər, onların həlli yolları, tələbələrin biliyinin qiymətləndirilməsi, tendensiyalar və imkanlarla bağlı müzakirələr aparılıb.

MDU-nun gənc müəllimi F.İsayeva beynəlxalq sertifikatlı British Council təlimçiləri tərəfindən təşkil olunan vörkşoplarda fəal iştirak edib və müvafiq sertifikatla təltif edilib.