Mingəçevir Dövlət Universitetində “Gənclərin sosial-iqtisadi proseslərdə rolu” mövzusunda dəyirmi masa keçirilib

2 Fevral – Azərbaycan Gəncləri Günü münasibətilə İqtisadiyyat və idarəetmə fakültəsində tədbirlər planına uyğun olaraq “Gənclərin sosial-iqtisadi proseslərdə rolu” mövzusunda dəyirmi masa təşkil edilib.

Tədbirdə fakültə rəhbərliyi, Tədris prosesinin təşkili və idarə olunması üzrə müşavir Ceyhun Mahmudov, gənc müəllimlər və tələbələr iştirak ediblər.

Dəyirmi masanın keçirilməsində əsas məqsəd gənclərin ölkənin sosial-iqtisadi inkişafındakı rolunun müzakirəsi, onların əmək bazarında fəallığının artırılması, innovativ düşüncə tərzinin formalaşdırılması və dövlətin gənclər siyasətinin əsas istiqamətlərinin iştirakçılara çatdırılması olub.

Tədbir iştirakçılar tərəfindən maraqla qarşılanıb, fikir mübadiləsi aparılıb və gənclərin fəallığının artırılması ilə bağlı müvafiq tövsiyələr irəli sürülüb.