MDU-da magistrantların dissertasiya mövzuları müzakirə edilib

07 may 2025-ci il tarixində Mingəçevir Dövlət Universitetinin Magistratura və Doktorantura Təhsil Mərkəzinin təşkilatçılığı ilə Xarici dillər kafedrasında magistrantların dissertasiya mövzuları üzrə ilkin müzakirələr keçirilib.
Elmi rəhbərlərin, professor-müəllim heyətinin və magistrantların iştirakı ilə baş tutan müzakirələrdə təqdim olunan mövzuların elmi və praktiki əhəmiyyəti, tədqiqatın məqsəd və metodologiyası geniş şəkildə təhlil edilib. Magistrantlara elmi baxışın formalaşdırılması, tənqidi yanaşma və planlı tədqiqat aparılması ilə bağlı vacib tövsiyələr verilib.
Müzakirələr nəticəsində irəli sürülən elmi-metodoloji təkliflərin əsas müdafiəyə qədər nəzərə alınması, dissertasiya işlərinin keyfiyyətinə müsbət təsir göstərəcək. Tədbir magistrantların elmi bacarıqlarının inkişafına stimul olub.