“Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən təhsil müəssisələrinin fəaliyyətinin təşkilinə dair əlavə tədbirlər barədə” AZƏRBAYCAN RESPUBLİKASININ NAZİRLƏR KABİNETİNİN QƏRARI

  • Рубрика записиXəbərlər (AZ)

AZƏRBAYCAN RESPUBLİKASININ NAZİRLƏR KABİNETİ

Q Ə R A R

“Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən təhsil müəssisələrinin fəaliyyətinin təşkilinə dair əlavə tədbirlər barədə”

www.nk.gov.az

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 29 oktyabr tarixli 430 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında“Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinəvəAzərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 fevral tarixli 73-1 nömrəli Qərarı ilətəsdiq edilmiş “Yoluxucu, parazitar vəkütləvi qeyri-yoluxucu xəstəlik-lərinəmələgəlməsi, yaxud yayılması təhlükəsi yarandıqda karantin-təşkilat, profilaktika vədigər zəruri tədbirlərin görülməsi Qaydaları”naəsasən Azərbaycan Respublikasının Nazirlər Kabinetiqərara alır:“Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən təhsil müəssisələrinin fəaliyyətinin təşkilinə dair əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin2020-ci il 29 oktyabr tarixli 430 nömrəliQərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, No 10, maddə 1318; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 30 noyabr tarixli 475 nömrəli Qərarı) 5-ci hissəsində “2020-ci il dekabrın 30-dək” sözləri “2021-ci il yanvarın 31-dək” sözləri ilə əvəz edilsin.

Əli Əsədov

Azərbaycan RespublikasınınBaş naziri

Bakı şəhəri, 25dekabr2020-ci ilNo 510