Вы сейчас просматриваете Dahi Azərbaycan alimi və mütəfəkkiri Nəsrəddin Tusiyə həsr edilmiş Beynəlxalq Mühəndislik və Tədbiqi elmlər Konfransı

Dahi Azərbaycan alimi və mütəfəkkiri Nəsrəddin Tusiyə həsr edilmiş Beynəlxalq Mühəndislik və Tədbiqi elmlər Konfransı

2025-ci ilin 30 iyun- 02 iyul tarixlərində Mingəçevir Dövlət Universiteti ilə Türkiyənin İqtisadi İnkişaf və Sosial Tədqiqatlar İnstitutunun (İKSAD) təşkilatçılığı ilə dahi Azərbaycan alimi və mütəfəkkiri Nəsrəddin Tusiyə həsr edilmiş Beynəlxalq Mühəndislik və Tədbiqi elmlər Konfransı keçiriləcək.

Konfrans Mingəçevir Dövlət Universitetində əyani və onlayn formatda baş tutacaq.

Konfransın təqvimi

  • Xülasələrin təqdim edilməsi üçün son gün – 20 iyun 2025-ci il
  • Konfrans proqramının elanı – 23 iyun 2025-ci il
  • Konfrans tarixləri – 30 iyun – 02 iyul 2025-ci il
  • Tam mətnlərin təqdim edilməsi üçün son tarix – 05 iyul 2025-ci il
  • Konfrans kitabının onlayn nəşri – 25 iyul 2025-ci il