MDU Ukraynanın “Qlobal Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsi kontekstində iqtisadi artımın imperativləri” V Beynəlxalq Elmi-Praktik Online Konfransında təmsil olunub

  • Рубрика записиBeynəlxalq / ERASMUS+

23 aprel 2024-cü il tarixində Kiyev Milli Texnologiyalar və Dizayn Universitetində İqtisadi Həftə çərçivəsində “Qlobal Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsi kontekstində iqtisadi artımın imperativləri” V Beynəlxalq Elmi-Praktik Online Konfransı keçirilmişdir.

Konfrans Ukrayna Təhsil və Elm Nazirliyi, Ukrayna Milli Pedaqoji Elmlər Akademiyası, Kiyev Milli Texnologiyalar və Dizayn Universiteti, Maliyyə İdarəetmə Akademiyası, Mingəçevir Dövlət Universiteti, Polşanın Biznes Universiteti, Beynəlxalq Tətbiqi Elmlər Akademiyası (Lomza, Polşa), Gürcüstan Milli Universiteti SEU (Gürcüstan), Foggia Universiteti (İtaliya), RISEBA Tətbiqi Elmlər Universiteti (Latviya), Texnologiya İnstitutu və České Budějovice (Çexiya), Estoniya Tətbiqi Elmlər Universiteti tərəfindən təşkil olunmuşdur.

Qeyd edək ki, konfrans platformalarından biri Kiyev Milli Texnologiyalar və Dizayn Universitetinin Avropanın aparıcı universitetləri ilə tərəfdaşlığı əsasında həyata keçirilən ERASMUS-EDU-2021-VIRT-EXCH “Virtual Gənclər Biznes Qovşaqlarının Beynəlxalq Şəbəkəsi” VEHUB4YOU qrant layihəsinin həyata keçirilməsinə həsr olunmuşdu..

Konfransa KNUTD-dən VEHUB4YOU layihə meneceri, İdarəetmə və Biznes Dizaynı fakültəsinin dekanı, iqtisad elmləri doktoru, professor Oleksandra Olshanska moderatorluq etmişdir.

Konfransı açan Oleksandra Volodymyrivna iştirakçılara və qonaqlara Kiyev Milli Texnologiyalar və Dizayn Universitetinin rektoru, iqtisad elmləri doktoru, professor, Milli Elmlər Akademiyasının akademiki İvan Qrışşenkonun səmimi salamlarını və səmərəli iş, maraqlı müzakirələr və yaradıcılıq ilhamı arzularını çatdırdı. O, çıxışında Universitetin hərbi vəziyyət şəraitində necə fəaliyyət göstərdiyini, son illər son dərəcə çətin şəraitə baxmayaraq, kollektivin hansı təhsil və elmi nailiyyətlər əldə etdiyini danışıb. Sonrakı məruzəsində Oleksandra Olshanska ERASMUS-EDU-2021-VIRT-EXCH “Virtual Gənclər Biznes Qovşaqlarının Beynəlxalq Şəbəkəsi” VEHUB4YOU layihəsinin icra vəziyyəti və əsas nəticələrini təqdim edib.

VEHUB4YOU layihəsinin tərəfdaşları olan Avropa universitetlərinin (İtaliyanın Foggia Universiteti və Latviyanın RISEBA Tətbiqi Elmlər Universiteti), eləcə də MDU-nun  layihə meneceri və koordinatorları layihənin iş planı əsasında universitetlərdə gördüyü işlər haqqında məlumat vermişdir. Mingəçevir Dövlət Universitetinin VEHUB4YOU layihəsinin koordinatoru Samirə Əhmədova maraqlı və məzmunlu təqdimatla çıxış edərək Azərbaycanda həyata keçirilən layihənin nəticələri, 20-dən çox təhsil müəssisəsindən ibarət VEHUB4YOU Virtual Gənclər Biznes Qovşaqlarının Beynəlxalq Şəbəkəsinin yaradılması haqqında məlumat vermişdir.

Konfransda ümüilikdə  265-dən çox iştirakçı – Ukrayna, Azərbaycan, İtaliya, Latviya, Estoniya, Polşa, Gürcüstan və Çexiyadan olan akademik heyət, doktorantlar, aspirantlar və tələbələr iştirak etmək üçün qeydiyyatdan keçmişdir.

Konfransın elanları:

https://knutd.edu.ua/pod-ta-publkats/news/16860

Konfransın proqramı: https://docs.google.com/document/d/1F1mXz_4aa7qaXJCuEeukTaeyvART3cm-/edit

Çap olnmuş məqalələr: https://docs.google.com/document/d/1AaC43Y8hxNJHGtjLn5NcBwDxRkG7oLPK/edit