Вы сейчас просматриваете Mingəçevir Dövlət Universitetində 2025/2026-cı tədris ili üçün təkrar ali təhsilə sənəd qəbulu elan edilir

Mingəçevir Dövlət Universitetində 2025/2026-cı tədris ili üçün təkrar ali təhsilə sənəd qəbulu elan edilir

Mingəçevir Dövlət Universitetində 2025/2026-cı tədris ili üçün aşağıda qeyd olunan ixtisaslara (Azərbaycan bölməsi üzrə) ödənişli əsaslarla əyani və qiyabi təhsil formaları üzrə təkrar ali təhsil almaq üçün sənəd qəbulu başlanır. Təkrar ali təhsilə qəbul “Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədlərin verilməsi QAYDASI” ilə həyata keçirilir. Mingəçevir Dövlət Universitetində təkrar ali təhsilə sənəd qəbulu 26 may 2025-ci il tarixdən elektron qaydada https://portal.edu.az/ portalı vasitəsilə həyata keçiriləcək.

Qeyd olunan ixtisaslara qəbul olmaq istəyənlər tələb olunan sənədləri https://portal.edu.az/ portalı vasitəsi ilə elektron qaydada təqdim edir. Sənədlər müvafiq tələblərə cavab verdikləri halda namizədlər müsahibəyə dəvət olunurlar. Müsahibələrin Mingəçevir Dövlət Universitetində əsas tədris korpusunda 14.07.2025-ci il və 04.09.2025-ci il tarixlərdə keçirilməsi nəzərdə tutulub.

Təkrar ali təhsil almaq istəyənlər aşağıdakı sənədləri elektron formada (scan variantda) təqdim etməlidirlər:

  • Ali təhsil haqqında sənədin (diplomun) notarial qaydada təsdiqlənmiş surəti (diploma əlavə ilə birlikdə) (scan variantı);
  • 3×4 sm ölçüdə fotoşəkil;
  • Şəxsiyyət vəsiqəsinin surəti (scan variantı).
  • Vətəndaşın hazırkı “Tələbə-məzun” statutusunun müəyyənləşdirilməsi üçün dövlət elektron məlumat sistemindən çıxarış (my.gov.az portalından istifadə edə bilərsiniz);
  • İş yerinə dair arayış/əmək kitabçasının scan variantı.

QEYD:

  • 1993-cü ildən sonra xarici ölkələrdə ali təhsil almış şəxslər yalnız diplomları mövcud qaydada Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən tanındıqdan sonra universitetdə təkrar ali təhsil ala bilərlər.
  • Qeyd olunan ixtisaslara qəbul olmaq istəyənlər tələb olunan sənədləri elektron formada təqdim etdikdən sonra müvafiq tələblərə cavab verdikləri halda təkrar ali təhsil hüququnu qazanacaqlar.
  • Təkrar ali təhsili almaq üçün əvvəlki ali təhsili fərqli və ya hazırda işlədiyi vəzifəsi seçdiyi ixtisasa uyğun gələn şəxslər qəbul oluna bilərlər. Bu şərtlərin ödənilməsi təhsil müəssisəsində müsabiqə komissiyası tərəfindən müəyyən edilir.
  • Təhsil ödənişlidir. Təhsil haqqı ayrı-ayrı ixtisaslara uyğun olaraq müəyyən edilmişdir (siyahı əlavə olunur).
  • Təhsil Azərbaycan dilində aparılır.

Ünvan: Dilarə Əliyeva küçəsi 21, otaq 211

Mobil/ WhatsApp: (050) 440 86 65; (055) 299 64 25