Mingəçevir Dövlət Universitetinin Magistratura və Doktorantura Təhsil Mərkəzinin əməkdaşları Vətən müharibəsi şəhidi Təbriz Cüməzadənin ailəsini ziyarət ediblər

8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə Mingəçevir Dövlət Universitetinin (MDU) Magistratura və Doktorantura Təhsil Mərkəzinin əməkdaşları 44 günlük Vətən müharibəsi şəhidi Təbriz Cüməzadənin ailəsini ziyarət ediblər. Ziyarət zamanı universitet nümayəndələri şəhidin ailə üzvləri ilə görüşərək onların qayğıları ilə maraqlanıb, Vətən uğrunda canını fəda etmiş qəhrəman oğullarımızın xatirəsinin daim uca tutulduğunu vurğulayıblar. Bildirilib ki, şəhidlərimizin ailələrinə diqqət və qayğı göstərmək hər birimizin mənəvi borcudur.Şəhidin ailəsi göstərilən diqqət və ehtirama görə minnətdarlıqlarını bildirərək, onların övladlarının xatirəsinin unudulmadığını və hər zaman hörmətlə anıldığını görməkdən qürur duyduqlarını qeyd ediblər.

MDU kollektivi gələcəkdə də şəhid ailələrinə dəstək olmağa davam edəcəyini bildirib və onların hər zaman cəmiyyətin ən dəyərli insanları olaraq qalacağını vurğulayıb.