Mingəçevir Dövlət Universitetində (MDU) “Yeni dövrdə təhsil və tədqiqat fəaliyyəti: reallıqlar və çağırışlar” mövzusunda II Beynəlxalq elmi konfrans (ISCERA 2024) öz işinə başlayıb

  • Рубрика записиMDU xəbərləri

Bu gün dekabrın 13-də Mingəçevir Dövlət Universitetində (MDU) “Yeni dövrdə təhsil və tədqiqat fəaliyyəti: reallıqlar və çağırışlar” mövzusunda II beynəlxalq elmi konfrans (ISCERA 2024) keçirilir.  

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Mingəçevir Dövlət Universiteti və Mingəçevir şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı, Qazi Universiteti (Türkiyə), Ankara Hacı Bayram Veli Universiteti (Türkiyə), Düzce Universiteti (Türkiyə), Kayseri Universiteti (Türkiyə), RISEBA Tətbiqi Elmlər Universiteti (Latviya), Mykolas Romeris Universiteti (Litva), Qırğız İqtisad Universiteti (Qırğızıstan), Kiyev Milli Texnologiya və Dizayn Universitetinin (Ukrayna) tərəfdaşlığı ilə keçirilən konfransa 54 yerli ali təhsil və elmi tədqiqat müəssisəsindən, həmçinin 8 xarici ölkənin 26 universitetindən ümumilikdə 500-ə yaxın tezis və məqalə daxil olub.

Əvvəlcə,  konfrans iştirakçıları Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib və önünə gül dəstələri düzüblər. 

Konfrans plenar iclas ilə davam edəcək. Plenar iclas zamanı müxtəlif mövzularda 5 məruzə dinlənəcək. Daha sonra konfrans işinə 3 bölmə üzrə ümumilikdə 11 sektorda davam edəcək.

Konfrans öz işini dekabrın 14-də yekunlaşdıracaq.