MDU-da Kimya fənnindən olimpiada

  • Рубрика записиXəbərlər (AZ)

MDU-da Kimya fənnindən olimpiada

Azərbaycan Respublikasının Təhsil Nazirliyinin 18 yanvar 2019-cu il tarixli, 03-11-33/15 nömrəli məktubuna əsasən Mincəçevir Dövlət Universitetində “Elm günü”nün (27 mart) keçirilməsi ilə bağlı tədbirlər planı hazırlanmışdır. Tədbirlər planına əsasən “Elm günü” münasibətilə tələbələr arasında riyaziyyat, fizika, kimya və tarix fənləri üzrə universitetdaxili olimpiadaların təşkili və keçirilməsi nəzərdə tutulmuşdur.

22.02.19-cu il tarixdə tələbə-gənclərin dəqiq elmlərə marağının artırılması, istedadlı gənclərin aşkarlanması və onların peşə yönümünün istiqamətləndirilməsi məqsədi ilə “Fizika və ekologiya” kafedrasında tədris olunan Kimya fənnindən yazılı formada olimpiada keçirilmişdir. Bununla əlaqədar olaraq kafedrada dosent Təranə Yusibova, dosent Adil Aslanov, dosent Pərvanə Səfərova və f.f.d. Rayihə Ağayevadan ibarət komissiya yaradılmışdır.

Olimpiadada müxtəlif ixtisas qruplarından 11 tələbə iştirak etmişdir. Olimpiada üçün iştirakçılara 10 məsələdən ibarət suallar təqdim olunmuş və 2 saat vaxt verilmişdir. Gərgin keçən mübarizə şəraitində komissiyanın qərarı ilə topladıqları ballara görə ÇİM18 saylı qrupun tələbəsi Rüfət İlyasov 59 balla – I yerə, EM16 saylı qrupun tələbəsi Çinarə Ərəbova 40 balla – II yerə, EM16 saylı qrupun tələbəsi Muraz Abuzərov isə 39 balla – III yerə layiq görülmüşlər.

QALİBLƏRİ UNİVERSİTETİN RƏHBƏRLİYİ ADINDAN TƏBRİK EDİR VƏ UĞURLARININ DAVAMLI OLMASINI ARZU EDİRİK.

{phocagallery view=category|categoryid=118|limitstart=0|limitcount=0}