MDU-da tələbələrin sərbəst işlərinin təqdimatı keçirilib

  • Рубрика записиXəbərlər (AZ)

MDU-da tələbələrin sərbəst işlərinin təqdimatı keçirilib

Mingəçevir Dövlət Universiteti Mühəndislik fakültəsi Mexanika kafedrasının 050622 Yerüstü nəqliyyat vasitələrinin mühəndisliyi ixtisası üzrə YN16 saylı qrupda sərbəst işlərin qəbulu İKT-nin multimediya imkanlarından istifadə edərək həyata keçirilmişdir. İşlərin təqdimatı beynəlxalq aləmdə öz sözünü demiş, liderliyini qoruyub saxlayan avtomobillərin tarixi və bu avtomobillərin qısa texniki xarakteristikası haqqında tələbələrin hazırladıqları videoçarxlar üzərində qurulmuşdur.

Sərbəst işlərin təqdimatında fakültə dekanı Vüqar Mustafayev, kafedra müdiri, dosent Mahir İsmayılov, TKTN Mərkəzinin direktoru Səbinə Quliyeva, koordinator Səhyəddin Məmmədov, Karyera Mərkəzinin direktoru Üzeyir Zeynalov iştirak ediblər.

Təqdimatların nümayişinə başlamazdan əvvəl “Avtomobil yolları” fənnini tədris edən tex.f.d., dosent Səbuhi Qəhrəmanov 2016-cı ildə Aprel döyüşlərində həlak olan qəhrəman Azərbaycan oğullarının və ümumilikdə Şəhidlik zirvəsinə ucalan bütün qəhrəman oğul və qızlarımızın xatirəsini bir dəqiqəlik sükutla yad edilməsini tədbir iştirakşılarından rica etmişdir.

Sonra Səbuhi Qəhrəmanov qeyd etdi ki, tələbələrə verilən sərbəst işlər praktik əhəmiyyət kəsb edir. O bildirdi ki, tələbələrin sərbəst işlərinin bu formatda hazırlamasının əsas məqsədi tədrisin keyfiyyətinin yüksəltmək, tələbələrin müstəqilişləmə bacarığınını inkişaf etdirmək, onların gələcəkdə həmin avtomobil şirkətləri ilə biznes mühiti qurmaq və karyerayönümlü işlər aparmaqdan ibarətdir.

Sonra tələbələr Alxas Abbasov, Məhəmməd Cəfərov, Ariz Həsənov, Elvin Həşimli, Qara Hüseynov, Həmid İbrahimov, Famil Məhərrəmov, Vüqar Məlikov, Ələsgər Məmmədli, Mustafa Mustafazadə, Rəhim Nəcəfov, Samir Poladov, Xəyyam Kərimov və Murad Salamov informasiya kommunikasiya texnikalarının imkanlarından tam istifadə etməklə maraqlı təqdimatlarını nümayiş etdirdilər. Tələbə Elvin Həşimlinin digər bir təqdimatı, müasir standartlara cavab verən yüksək mərtəbəli binaların zirzəmisində istifadəsi və avtomobil tıxaclarını minimuma endirmək üçün mərtəbəli yeraltı avtomobil dayanacağı üçün nəzərdə tutulan maketi tədbir iştirakçıları tərəfindən maraqla qarşılandı. Maketin özəlliyi onun hidravlik və avtomatlaşdırılmış sistemlərdən birgə istifadə olunmqala işlək vəziyyətdə olması idi.

Sonda Vüqar Mustafayev, Mahir İsmayılov, Səbinə Quliyeva, Səhyəddin Məmmədov və Üzeyir Zeynalov təqdimatlar haqqında fikir və rəylərini bildirdilər. Tələbələrə təhsillərində uğurlar arzuladılar.

{phocagallery view=category|categoryid=132|limitstart=0|limitcount=0}