Mingəçevir Dövlət Universiteti və Düzcə Universitetinin birgə təşkilatçılığı ilə “Uşaqlarda zehni inkişaf”mövzusunda təlimi keçirilib

  • Рубрика записиBeynəlxalq

27 fevral 2025-ci il tarixində Mingəçevir Dövlət Universiteti və Düzcə Universitetinin birgə təşkilatçılığı ilə “Uşaqlarda zehni inkişaf” mövzusunda təlim keçirilib. Tədbirdə Düzcə Universiteti Təhsil fakültəsinin Pedaqogika kafedrasının Təhsildə sosial-psixoloji xidmət bölməsinin rəhbəri, dosent Ahmet Sapancı çıxış edib.

Təlimin əsas məqsədi uşaqların zehni inkişafını dəstəkləyən müasir metod və yanaşmalar haqqında biliklərin yayılması, habelə gələcəkdə təhsil sahəsində çalışan mütəxəssislərin bu sahədə daha da dərinləşən məlumat əldə etməsidir. Tədbir zamanı Ahmet Sapancı uşaqlarda zehni inkişafın əhəmiyyətindən və bunun sosial-psixoloji aspektlərindən danışıb. O, həmçinin təhsildə psixoloji xidmətlərin rolunun artırılmasının vacibliyini vurğulayıb.

Təlim iştirakçıları müxtəlif tədris metodları və uşaqların inkişafını stimullaşdıran təhsil yanaşmaları barədə müzakirələr aparıb, bir-birilə təcrübə mübadiləsi ediblər. Mingəçevir Dövlət Universiteti və Düzcə Universiteti arasındakı bu cür əməkdaşlıqların davam etdirilməsi təhsil sahəsində daha effektiv nəticələr əldə etmək məqsədini daşıyır.
Tədbir təhsil sahəsindəki müasir tendensiyaların və yanaşmaların tətbiqinə yönəlmiş əhəmiyyətli bir addım olub və gələcəkdə oxşar təlimlərin keçirilməsi planlaşdırılır.