Mingəçevir Dövlət Universitetində Elmi Şuranın növbəti iclası keçirilib

  • Рубрика записиMDU xəbərləri

8 aprel 2025-ci il tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) Elmi Şurasının 2024/2025-ci tədris ili üzrə növbəti iclası keçirilib. İclasda universitetin rektor vəzifəsini müvəqqəti icra edən, Tədris məsələləri üzrə prorektor Üzeyir Zeynalov gündəlik məsələləri Şura üzvlərinin diqqətinə çatdırıb.

İclasda Mühəndislik fakültəsinin fəaliyyəti və maliyyə-təsərrüfat fəaliyyəti haqqında hesabatlar dinlənilib.

Mühəndislik fakültəsinin dekanı Almaz Əliyeva tədrisin keyfiyyəti, elmi fəaliyyət və tələbələrlə iş barədə geniş təqdimat edib. Sonra baş mühasib əvəzi Nərgiz Mustafayeva 2024-cü il üçün universitetin maliyyə-təsərrüfat fəaliyyəti haqqında hesabat təqdim edib.
Hər iki hesabat geniş müzakirələrə səbəb olub və Elmi Şura üzvləri tərəfindən müvafiq təkliflər və tövsiyələr verildikdən sonra qəbul edilib.