2023-cü il martın 30-da Mingəçevir Dövlət Universitetinin (MDU) Elmi Şurasının növbəti iclası keçirilib. İclası açan MDU-nun rektoru Şahin Bayramov gündəlikdə duran məsələləri diqqətə çatdırıb.
İclasda universitetin beynəlxalq əməkdaşlığı, elmi tədbirlədə iştirakı və maliyyə-təsərrüfat fəaliyyəti barədə hesabatlar dinlənilib. Müzakirələr zamanı müvafiq tapşırıqlar və tövsiyələr verildikdən sonra hər üç hesabat Şura üzvləri tərəfindən qəbul olunub.
Sonra iclasda Azərbaycan təhsilində ilk dəfə olaraq region universiteti kimi MDU-nun “Erasmus+” proqramı çərçivəsində qazandığı “Azərbaycan ali təhsil müəssisələrində sahibkarlıq ekosisteminin gücləndirilməsi” (Enhancing sustainable entrepreneurial ecosystem in Higher Education Institutions of Azerbaijan – ENGAGE) mövzusunda layihəsi diqqətə çatdırılıb və onun icrası ilə bağlı aidiyyəti struktur bölmə rəhbərlərinə müvafiq tapşırıqlar verilib.
İclas cari məsələlərin müzakirəsi ilə davam edib.