Mingəçevir Dövlət Universitetinin (MDU) Elmi Şurasının 2025-ci ildə ilk iclası keçirilib

  • Рубрика записиMDU xəbərləri

28 yanvar 2025-ci il tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) Elmi Şurasının növbəti iclası keçirilib. İclasda müzakirəyə çıxarılan məsələlər, tədris və elmi fəaliyyətin inkişafı məqsədilə önəmli qərarlar qəbul edilib.
MDU-nun rektor vəzifəsini müvəqqəti icra edən, Tədris məsələləri üzrə prorektor Üzeyir Zeynalov iclasın gündəliyində duran məsələlər barədə Şura üzvlərinin diqqətinə çatdırıb.
MDU-ya tələbələrin cəlb edilməsi ilə bağlı aparılan işlərin təşkili və  MDU-da bakalavriat və magistratura səviyyələri üzrə təcrübələrin təşkili  müzakirə olunub. Hesabatda universitetin qəbul prosesində yeni yanaşmaların tətbiqinin əhəmiyyəti vurğulanıb və tələbə sayının artırılması məqsədilə müxtəlif təşviqat və reklam tədbirlərinin həyata keçirilməsi təklif edilib.
Daha sonra, MDU-da bakalavriat və magistratura səviyyələri üzrə təcrübələrin təşkili məsələsi müzakirə edilib. Bu sahədə təcrübələrin keyfiyyətinin artırılması və tələbələrin nəzəri biliklərini praktikada tətbiq etmələrinə daha geniş imkanlar yaradılması barədə təkliflər irəli sürülüb. Elmi Şura üzvləri, həmçinin, təcrübə proqramlarının məzmunun  əmək bazarına uyğun şəkildə hazırlanmasının vacibliyini vurğulayıblar.

İclasda qəbul edilən mühüm qərarlardan biri də MDU əməkdaşlarının  əməkhaqqının  artırılması ilə bağlı olub. Bu qərar, MDU-nun əməkdaşlarının motivasiyasının artırılması və universitetin tədris və elmi fəaliyyətinin keyfiyyətinin yüksəldilməsi məqsədini daşıyır.
Elmi Şurada MDU-nun Keyfiyyət təminatı siyasəti (2025-2030), 2025-ci təqvim ili üçün əməkdaşların  elmi əsərlərə görə mükafatlandırma  qaydaları, yeni yaradılan İnkubasiya və Akselerasiya Mərkəzinin, Tyutor xidmətinin, Mərkəzi Aran Elmi Tədqiqat Mərkəzinin, Qazilərə Sosial Xidmət Mərkəzinin Əsasnamələri təsdiq edilmişdir.
Bundan başqa Elmi Şura İqtisadiyyat və idarəetmə fakültəsində Turizm və ətraf mühit tədqiqat mərkəzinin yaradılması haqqında qərar qəbul edilib.