Sosial İş ixtisası üzrə əmək bazarının nümayəndələri ilə mühüm bir görüş keçirilib

27 fevral 2025-ci il tarixində Mingəçevir Dövlət Univeristetinin Pedaqogika və psixologiya kafedrasının müdiri professor Fərəh Cəlil və kafedranın dosenti Asim Məmmədovun iştirakı ilə Sosial İş ixtisası üzrə əmək bazarının nümayəndələri ilə mühüm bir görüş keçirilib.
Görüşün əsas məqsədi Sosial İş ixtisasının müasir əmək bazarına uyğun inkişafını təmin etmək və yeni tədris sillabuslarının müzakirəsi olub. Bu kontekstdə Dövlət Sosial Müdafiə Fondu Publik Hüquqi Şəxsin 3 saylı Mərkəzi Aran Regional Filialının Mingəçevir qəbul şöbəsi ilə birgə əməkdaşlıq edilərək, mövcud məsələlər və perspektivlər ətrafında fikir mübadiləsi aparılıb.
Sosial İş ixtisasının tədris proqramlarının bazar tələblərinə uyğunlaşdırılması və bu sahədəki yeniliklərin tətbiqi ilə bağlı müzakirələrə Azər Qasımlı, Abbasov Daşqın və baş mütəxəssis Novruzov Zameddin də qatılıb.
Görüşün sonunda əmək bazarının tələblərinə cavab verən yeni sillabusların hazırlanması və sosial iş sahəsində təcrübənin gücləndirilməsi ilə bağlı qərarlar qəbul edilib. Bu tədbir Sosial İş ixtisasının inkişafı və tədris keyfiyyətinin artırılması istiqamətində mühüm addım olub.