Вы сейчас просматриваете Mingəçevir Dövlət Universiteti “Konstitusiya və Suverenlik ili”çərçivəsində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş “Heydər Əliyev və suveren dövlətimizin təməl sənədi: Azərbaycan Konstitusiyası” mövzusunda esse müsabiqəsi elan edir

Mingəçevir Dövlət Universiteti “Konstitusiya və Suverenlik ili”çərçivəsində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş “Heydər Əliyev və suveren dövlətimizin təməl sənədi: Azərbaycan Konstitusiyası” mövzusunda esse müsabiqəsi elan edir

Şərtlər:

  • Esse müsabiqəsinə təqdim olunan yazılar Dövlət suverenliyinin təmin olunmasında Heydər Əliyevin siyasi iradəsi”, “Azərbaycanın müstəqillik yolu və suverenlik uğrunda mübarizə“, ”Azərbaycanın Zəfər yolu”,  “Vətənpərvərlik və şəhidlik zirvəsi”,   “Heydər Əliyev və Azərbaycan Konstitusiyası”, “Azərbaycançılıq məfkurəsi”, “Heydər Əliyev və mənəvi dəyərlərimiz”, “Heydər Əliyevin hüquqi dövlət quruculuğundakı xidmətləri”, “Heydər Əliyevin milli birliyi möhkəmləndirən siyasəti”, “Azərbaycanda müstəqil dövlətçilik və suverenliyin qorunması”, “Hüquqi dövlət quruculuğu və suverenlik”, “Konstitusiya və suverenliyin təminatı”, “Beynəlxalq hüquq və dövlət suverenliyi”, “Zəfər yolu: Suverenliyin hərbi və siyasi aspektləri”, “İqtisadi müstəqillik və suverenlik arasındakı əlaqə” və s. müvafiq mövzularını əhatə etməlidir.
  • “Esse müsabiqəsi” 1 mərhələdən ibarətdir;
  • Müsabiqədə Mingəçevir Dövlət Universitetinin bütün tələbə və magistrantları iştirak edə bilərlər;
  • Mövzulara uyğun olaraq,  məzmun bütövlüyünə, ideyalar arasında məntiqi əlaqə, fikirlərin dəstəklənməsi və düzgün yazı qaydalarına riayət etməklə, 2 A4 vərəqindən çox olmamaqla esse yazılmalıdır.
  •  Esse yazı işləri Münsiflər heyəti tərəfindən 100 bal sistemi ilə qiymətləndiriləcək və ballara əsasən qaliblər müəyyən ediləcəkdir:
  • Qiymətləndirmə zamanı aşağıdakı meyarlar nəzərə alınacaqdır:
  • məzmun bütövlüyü;
  • ideyalar arasında məntiqi əlaqə;
  • mövzuya yaradıcı yanaşma;
  • fikirlərin aydın və anlaşıqlı ifadə olunması;
  • çıxarılan nəticələrin məntiqli və əsaslandırılmış olması;
  • yazı üslubunun orijinallığı;
  • yazı işinin ədəbi dilin fonetik, leksik, qrammatik normalarına riayət etməklə tərtib olunması;
  • yazı işinin plagiat olmaması;
  • yazı işində üslub normalarına riayət edilməsi;
  • yazı işinin həcminin tələblərə uyğun olması.
  • Toplanan ballara əsasən iştirakçılar 1-ci, 2-ci, 3-cü yerlərə layiq görüləcək və sertifikatla təltif olunacaqlar.
  • İştirak etmək istəyənlər essenin elektron variantını 28 aprel 2025-ci il tarixinədək  kafedra_humanitar@mdu.edu.az  ünvanına göndərə bilərlər.
  • Son müraciət tarixi: 28 aprel 2025,  saat 20:00
  • Nəticələrin elanı və mükafatlandırma tarixi: 15.05.2025
  • Ətraflı məlumat üçün əlaqə nömrəsi: Tel: 050-488-85-35