MDU-nun Humanitar fənlər kafedrasının işçi qrupu mövcud təhsil proqramları (Azərbaycan dili və ədəbiyyatı müəllimliyi, Filologiya (Azərbaycan dili və ədəbiyyatı), Tarix, Tarix müəllimliyi) üzrə əmək bazarının nümayəndələri ilə görüşüb.13 fevral 2025-ci il tarixində təşkil olunan görüşdə R.Muradov adına Texniki və Humanitar fənlər liseyinin direktoru Nailə Məmmədova, Tədris işləri üzrə direktor müavini Mahiyə Məmmədli, liseyin tarix müəllimi Aytən Mehdiyeva, Azərbaycan dili və ədəbiyyat müəllimi Aygün Novruzova, Kəmalə Yusifova və MDU-nun Humanitar fənlər kafedrasının müdiri dos.Esmira Cəfərova, kafedranın əməkdaşları f.f.d. Günel Yunusova, f.f.d. S.Ağakişiyeva, t.f.d. Aygün Qədirova və t.f.d. Vüsalə Mövlayeva iştirak edirdilər. Görüşün əsas məqsədi universitet məktəb əlaqələrinin genişləndirilməsi, qeyd olunan təhsil proqramları üzrə əmək bazarının əsas ehtiyacları və tələbləri, bu istiqamətlər üzrə birgə fəaliyyətin, o cümlədən elmi-tədqiqat işlərinin aparılmasının stimullaşdırılması, əməkdaşlığın gücləndirilməsi ətrafında müzakirələr aparılmışdır. Bəzi fənlərin tədris proqramı ilə əlaqəli suallar universitet əməkdaşları tərəfindən cavablandırıldı. Əməkdaşlığın davamlı olması üçün bir sıra tədbirlərin keçirilməsi bağlı müzakirələr aparılaraq razılıq əldə edildi.
MDU-nun Humanitar fənlər kafedrasının işçi qrupu mövcud təhsil proqramları üzrə əmək bazarının nümayəndələri ilə görüşüb
- Запись опубликована:14.02.2025
- Рубрика записиHumanitar fənlər / MDU xəbərləri
Вам также может понравиться

Mingəçevir Dövlət Universitetində (MDU) Əmək bazarı nümayəndələri ilə görüş keçirilib

Mingəçevirdə “Heydər Əliyev İli” çərçivəsində elmi seminar keçirilib

Şəhid və qazi ailələri ziyarət edilib

Mingəçevir Dövlət Universitetində Akkreditasiya komissiyasının növbəti iclası keçirilib

MDU yeni inkişaf mərhələsində: əsas hədəflər və nəticələr

Mingəçevir Dövlət Universitetində maarifləndirici seminar keçirilib

Bayramlar firavanlıqdır, sevincdir, xoş niyyətdir
