MDU-nun Humanitar fənlər kafedrasının işçi qrupu mövcud təhsil proqramları (Azərbaycan dili və ədəbiyyatı müəllimliyi, Filologiya (Azərbaycan dili və ədəbiyyatı), Tarix, Tarix müəllimliyi) üzrə əmək bazarının nümayəndələri ilə görüşüb.13 fevral 2025-ci il tarixində təşkil olunan görüşdə R.Muradov adına Texniki və Humanitar fənlər liseyinin direktoru Nailə Məmmədova, Tədris işləri üzrə direktor müavini Mahiyə Məmmədli, liseyin tarix müəllimi Aytən Mehdiyeva, Azərbaycan dili və ədəbiyyat müəllimi Aygün Novruzova, Kəmalə Yusifova və MDU-nun Humanitar fənlər kafedrasının müdiri dos.Esmira Cəfərova, kafedranın əməkdaşları f.f.d. Günel Yunusova, f.f.d. S.Ağakişiyeva, t.f.d. Aygün Qədirova və t.f.d. Vüsalə Mövlayeva iştirak edirdilər. Görüşün əsas məqsədi universitet məktəb əlaqələrinin genişləndirilməsi, qeyd olunan təhsil proqramları üzrə əmək bazarının əsas ehtiyacları və tələbləri, bu istiqamətlər üzrə birgə fəaliyyətin, o cümlədən elmi-tədqiqat işlərinin aparılmasının stimullaşdırılması, əməkdaşlığın gücləndirilməsi ətrafında müzakirələr aparılmışdır. Bəzi fənlərin tədris proqramı ilə əlaqəli suallar universitet əməkdaşları tərəfindən cavablandırıldı. Əməkdaşlığın davamlı olması üçün bir sıra tədbirlərin keçirilməsi bağlı müzakirələr aparılaraq razılıq əldə edildi.
MDU-nun Humanitar fənlər kafedrasının işçi qrupu mövcud təhsil proqramları üzrə əmək bazarının nümayəndələri ilə görüşüb
- Запись опубликована:14.02.2025
- Post category:Humanitar fənlər / MDU xəbərləri
Digər yazılar

MDU-da Dünya Robot Olimpiadası ilə bağlı infosessiya keçirilib

Mingəçevir Dövlət Universitetində “Sındırılmış Uşaqlıq” tamaşası nümayiş olunub

MDU-da Elmi Şuranın növbəti iclası keçirilib

RESPUBLİKA qəzetinin 29 mart 2023-cü il tarixli buraxılışında “MDU beynəlxalq təşkilatda təmsil olunub” başlıqlı yazı dərc olunub

Mingəçevir Dövlət Universitetinin yenidən təşkili və Nizamnaməsinin təsdiq edilməsi haqqında (Nazirlər Kabineti, 10.08.2022)

14 mart 2025-ci il tarixində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin Mərkəzi Aran Regional Məşğulluq Filialı və Mingəçevir Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Mingəçevirdə növbəti əmək yarmarkası keçirilib.

Mingəçevir Dövlət Universitetində “Açıq qapı” günləri keçiriləcək
