Beynəlxalq əlaqələr və əməkdaşlıq şöbəsi

Mingəçevir Dövlət Universitetinin Beynəlxalq əməkdaşlıq ofisi öz fəaliyyətini Azərbaycan Respublikasının qanunvericiliyi və tərəfdar çıxdığı beynəlxalq müqavilələr əsasında həyata keçirir.

Mingəçevir Dövlət Universitetinin (MDU) beynəlxalq əlaqələri xarici ölkə universitetləri ilə ikitərəfli əməkdaşlığı, beynəlxalq təhsil proqramlarında iştirakı, əcnəbi tələbələrin cəlb olunmasını, müvafiq beynəlxalq təşkilatlarla işbirliyini və digər istiqamətləri əhatə edir.

Şöbədə görülən işlər

Xarici ölkə universitetləri ilə əməkdaşlıq tələbə və müəllim mübadiləsinin həyata keçirilməsini, ortaq Yay Məktəblərinin və ikili diplom proqramlarının reallaşdırılmasını, birgə elmi konfransların və seminarların təşkilini, qarşılıqlı faydalı təcrübə mübadiləsinin aparılmasını nəzərdə tutur. Bu vaxta qədər, MDU dünyanın bir çox ölkəsinin ali təhsil müəssisələri ilə ikitərəfli əməkdaşlıq müqaviləsi imzalamışdır.

“Erasmus +” proqramı üzrə müəllim-tələbə mübadiləsi sahəsində fəaliyyət uğurla davam etdirilir. Təhsil aldıqları müddətdə topladıqları kreditlərin bir hissəsini tərəfdaş universitetlərdə qazanmış tələbələrimizin sayı sürətlə artır. Həmin proqram çərçivəsində İspaniyanın Valladolid Universiteti, Ruminiyanın Timişoara Politexnik və Transilvaniya Universitetləri, Bolqarıstanın Varna İqtisadiyyat Universiteti, İstanbul Gedik Universiteti ilə bakalavriat, magistratura dərəcələrində təhsil alan tələbələrin və akademik heyətin mübadiləsi həyata keçirilir.

2021-ci ildə beynəlxalq əlaqələrin inkişafı çərçivəsində Mingəçevir Dövlət Universiteti Türkiyənin Qazi Universiteti, Yıldız Teknik Universiteti, KTO Karatay Universiteti, İstanbul Gedik universiteti ilə əməkdaşlıq protokolu imzalayıb. Bu universitetlərlə MDU arasında ortaq mühazirələrin təşkil edilməsi, konfransların həyata keçirilməsi, elmi məqalələrin qarşılıqlı olaraq universitetlərin jurnallarında çap edilməsi, tələbə-müəllim mübadiləsi və digər məsələləri əhatə edir.

2021-ci il oktyabrın 27-də MDU və Kiyev Milli İqtisadiyyat Universiteti (KNEU) arasında əməkdaşlıq memorandumu imzalanmışdır. 2021-ci ilin 29 oktyabr tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) və Kiyev Milli Texnologiya və Dizayn Universiteti (Kyiv National University of Technologies and Design-KNUTD) arasında əməkdaşlıq memorandumu imzalanıb.

2021-ci ildən MDU-nun da iştirak etdiyi Avropa Komissiyasının maliyyələşdirdiyi “Erasmus+” proqramı çərçivəsində həyata keçirilən ali təhsildə uyğun istiqamətlərin inkişaf etdirilməsini nəzərdə tutan “Sahil ekosistemlərinin iqlim dəyişikliyinə uyğunlaşdırılması üçün geoməkan mühəndisliyi üzrə yeni fənləri” (“New Courses in Geospatial Engineering for Climate Change Adaptation of Coastal Ecosystems”) GEOCLIC layihəsinə start verilib. Üç il davam edəcək layihədə Azərbaycan, Almaniya, Niderland Krallığı, Litva, Qazaxıstan, Rumıniya və Türkmənistan ali təhsil müəssisələri tərəfdaş kimi çıxış edəcək.

Şöbə müdiri

Samirə Əhmədova

samira.ahmadova@mdu.edu.az

Əməkdaşlar

Pərviz Məmmədrzayev

koordinator
parviz.mammadrzayev@mdu.edu.az

Tamara Xanlayeva

koordinator
tamara.xanlayeva@mdu.edu.az

Beynəlxalq əməkdaşlıq

Xəbərlər

Mingəçevir Dövlət Universitetinin tərəfdaşlığı ilə Şəkidə Bəxtiyar Vahabzadə irsi və Türk dünyası dəyərlərinə həsr olunmuş beynəlxalq konfransın açılışı keçirilib

Mingəçevir Dövlət Universitetinin tərəfdaşlığı ilə Şəkidə Bəxtiyar Vahabzadə irsi və Türk dünyası dəyərlərinə həsr olunmuş beynəlxalq konfransın açılışı keçirilib

2026-cı ilin 24 iyun tarixində Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filialında Xalq şairi Bəxtiyar Vahabzadəyə həsr olunmuş “8-ci Beynəlxalq Bəxtiyar

Mingəçevir Dövlət Universiteti “THE Impact Rankings 2026”də SDG istiqamətlərii üzrə dünya universitetləri arasında 301–400 qrupunda yer alıb

Mingəçevir Dövlət Universiteti “THE Impact Rankings 2026”də SDG istiqamətlərii üzrə dünya universitetləri arasında 301–400 qrupunda yer alıb

Böyük Britaniyanın nüfuzlu reytinq təşkilatı olan “Times Higher Education” tərəfindən açıqlanan “THE Impact Rankings 2026” nəticələrinə əsasən, Mingəçevir Dövlət Universiteti

Mingəçevir Dövlət “THE Impact Rankings 2026” reytinqdə 1001–1500 qrupunda yer alaraq beynəlxalq ali təhsil məkanında növbəti uğura imza atıb

Mingəçevir Dövlət “THE Impact Rankings 2026” reytinqdə 1001–1500 qrupunda yer alaraq beynəlxalq ali təhsil məkanında növbəti uğura imza atıb

Mingəçevir Dövlət Universiteti beynəlxalq reytinqlərdə iştirak və qlobal ali təhsil məkanına inteqrasiya istiqamətində növbəti mühüm nailiyyət əldə edib. Böyük Britaniyanın

MDU-nun rektoru Anar Eminov “Clarivate” vebinarında tədqiqatda keyfiyyət və beynəlxalq elmi görünürlük barədə danışıb: “Keyfiyyətli tədqiqat universitetin sərhədlərini aşan ən güclü akademik imzasıdır”

MDU-nun rektoru Anar Eminov “Clarivate” vebinarında tədqiqatda keyfiyyət və beynəlxalq elmi görünürlük barədə danışıb: “Keyfiyyətli tədqiqat universitetin sərhədlərini aşan ən güclü akademik imzasıdır”

23 iyun 2026-cı il tarixində Mingəçevir Dövlət Universitetinin rektoru Anar Eminov qlobal transformativ şirkət olan “Clarivate”in “Ustadla görüş: Tədqiqatda Keyfiyyətə

Elanlar