Elmin İnkişafı Strategiyası

Mingəçevir Dövlət Universiteti

Elmin İnkişafı Strategiyası (2026–2030)

Mingəçevir Dövlət Universitetinin Elmin İnkişafı Strategiyası universitetin elmi fəaliyyətinin keyfiyyət və məhsuldarlığını artırmaq, beynəlxalq əməkdaşlıqları gücləndirmək və regional inkişafla əlaqələndirilmiş tətbiqi tədqiqatları genişləndirmək məqsədini güdür.

2026–2030-cu illər ərzində elmi məhsuldarlıq və nəşr göstəricilərinin artırılması, gənc tədqiqatçıların dəstəklənməsi və beynəlxalq tədqiqat şəbəkələrinə inteqrasiya olunması hədəflənir.

Əsas Hədəflər:

  • Elmi məhsuldarlığın artırılması, beynəlxalq jurnallarda nəşrlərin payının yüksəldilməsi
  • Beynəlxalq əməkdaşlıq, xarici universitetlərlə tərəfdaşlıqların qurulması
  • Regional inkişaf mövzularında sifarişli tədqiqatların artırılması
  • Gənc tədqiqatçıların beynəlxalq konfranslarda iştirakının stimullaşdırılması

Strategiyanın icrası, fakültə və kafedralarda konkret fəaliyyət planları və KPI-lərlə təmin ediləcək, illik qiymətləndirmə ilə nəticələr izlənəcəkdir.

Elmin İnkişafı Strategiyası (2026–2030) ilə tanış olmaq üçün “PDF” sənədini yüklə.