İdman-sağlamlıq kompleksi

Universitetin İdman-Sağlamlıq Kompleksi tələbə-gənclərin fiziki inkişafı və sağlam həyat tərzinin təşviqi məqsədilə əsaslı şəkildə yenilənmiş, müasir idman avadanlıqları və ləvazimatları ilə təchiz edilmişdir.

Kompleksdə rahat və funksional infrastruktur yaradılmış, soyunub-geyinmə şkafları quraşdırılmış, məşqlərdən sonra istifadə üçün zəruri sanitar-gigiyenik şərait təmin olunmuşdur.

Ümumi sahəsi 1200 m² olan məkanda basketbol, voleybol və futzal meydançaları, boks rinqi, tennis stolları, güləş döşəkləri, turnik və müxtəlif güc trenajorları quraşdırılmışdır.

Eyni zamanda, ayrıca fəaliyyət göstərən trenajor zonası, qaçış cığırları, velotrenajorlar və xizək tipli trenajorlarla təchiz edilmişdir. Standartlara cavab verən mini futbol meydançası da inşa edilərək tələbələrin istifadəsinə təqdim olunmuşdur.

Kompleks tələbələrin asudə vaxtının səmərəli təşkili, idman bacarıqlarının inkişafı və sağlam mühitin formalaşdırılması baxımından geniş imkanlar yaradır.

Kompleksdə görülən işlər

Kompleksdə ağır atletika, basketbol, voleybol, stolüstü tennis, futzal, şahmat və dama idman növləri üzrə bölmələr fəaliyyət göstərir.

Hər bir bölmə tələbələrin fiziki hazırlığının artırılması, komanda ruhunun formalaşdırılması və intellektual bacarıqlarının inkişaf etdirilməsi məqsədilə təşkil olunmuşdur. İdman məşğələləri müasir infrastruktur və zəruri avadanlıqlarla təmin edilmiş şəraitdə həyata keçirilir.

Kompleksin direktoru

Məmmədov Fərman

Fərman Məmmədov
farman.mammadov@mdu.edu.az

Əməkdaşlar

Mehman Baxışov 

Məşqçi-müəllim
mehman.baxishov@mdu.edu.az

Namiq Qasımov

Namiq Qasımov

Məşqçi-müəllim
namiq.qasimov@mdu.edu.az

Xəbərlər

Mingəçevir Dövlət Universitetində “Yaşıl Kampus” yanaşması idmanla birləşir: “MDU Green Campus Sports Festival”ı keçiriləcək

Mingəçevir Dövlət Universitetində “Yaşıl Kampus” yanaşması idmanla birləşir: “MDU Green Campus Sports Festival”ı keçiriləcək

2026-cı ilin 10 may tarixində Mingəçevir Dövlət Universiteti ilə Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Ümummilli

Mingəçevir Dövlət Universitetində idman infrastrukturunun müasirləşdirilməsinə həsr olunmuş tədbir keçirilib

Mingəçevir Dövlət Universitetində idman infrastrukturunun müasirləşdirilməsinə həsr olunmuş tədbir keçirilib

2026-cı ilin 22 aprel tarixində Mingəçevir Dövlət Universitetinin İdman-Sağlamlıq Kompleksində “Mövcud idman infrastrukturunun müasirləşdirilməsi və ondan istifadə imkanlarının genişləndirilməsi” mövzusunda

Gələcəyin qrossmeysterləri Mingəçevirdə yetişəcək: Mingəçevir Dövlət Universiteti və Məmmədyarovlar süni intellektlə şahmatı birləşdirir

Gələcəyin qrossmeysterləri Mingəçevirdə yetişəcək: Mingəçevir Dövlət Universiteti və Məmmədyarovlar süni intellektlə şahmatı birləşdirir

2026-cı ilin 13 mart tarixində Mingəçevir Dövlət Universiteti ilə ölkəmizi beynəlxalq və yerli turnirlərdə layiqincə təmsil edən, Azərbaycan şahmatının inkişafına

Mingəçevir Dövlət Universitetinin futzal komandası tələbələrarası yarışlarda uğurlu nəticə əldə edib

Mingəçevir Dövlət Universitetinin futzal komandası tələbələrarası yarışlarda uğurlu nəticə əldə edib

11–12 mart 2026-cı il tarixlərində Gəncə şəhərində Azərbaycan Tələbə Futbol Federasiyası İctimai Birliyinin (ATFFİB) təşkilatçılığı ilə ali və orta ixtisas

Foto qalereya