İdman-sağlamlıq kompleksi

Universitetin İdman-Sağlamlıq Kompleksi tələbə-gənclərin fiziki inkişafı və sağlam həyat tərzinin təşviqi məqsədilə əsaslı şəkildə yenilənmiş, müasir idman avadanlıqları və ləvazimatları ilə təchiz edilmişdir.

Kompleksdə rahat və funksional infrastruktur yaradılmış, soyunub-geyinmə şkafları quraşdırılmış, məşqlərdən sonra istifadə üçün zəruri sanitar-gigiyenik şərait təmin olunmuşdur.

Ümumi sahəsi 1200 m² olan məkanda basketbol, voleybol və futzal meydançaları, boks rinqi, tennis stolları, güləş döşəkləri, turnik və müxtəlif güc trenajorları quraşdırılmışdır.

Eyni zamanda, ayrıca fəaliyyət göstərən trenajor zonası, qaçış cığırları, velotrenajorlar və xizək tipli trenajorlarla təchiz edilmişdir. Standartlara cavab verən mini futbol meydançası da inşa edilərək tələbələrin istifadəsinə təqdim olunmuşdur.

Kompleks tələbələrin asudə vaxtının səmərəli təşkili, idman bacarıqlarının inkişafı və sağlam mühitin formalaşdırılması baxımından geniş imkanlar yaradır.

Kompleksdə görülən işlər

Kompleksdə ağır atletika, basketbol, voleybol, stolüstü tennis, futzal, şahmat və dama idman növləri üzrə bölmələr fəaliyyət göstərir.

Hər bir bölmə tələbələrin fiziki hazırlığının artırılması, komanda ruhunun formalaşdırılması və intellektual bacarıqlarının inkişaf etdirilməsi məqsədilə təşkil olunmuşdur. İdman məşğələləri müasir infrastruktur və zəruri avadanlıqlarla təmin edilmiş şəraitdə həyata keçirilir.

Kompleksin direktoru

Məmmədov Fərman

Fərman Məmmədov
farman.mammadov@mdu.edu.az

Əməkdaşlar

Mehman Baxışov 

Məşqçi-müəllim
mehman.baxishov@mdu.edu.az

Namiq Qasımov

Namiq Qasımov

Məşqçi-müəllim
namiq.qasimov@mdu.edu.az

Xəbərlər

Mingəçevir Dövlət Universitetinin tələbələri ağırlıqqaldırma üzrə Mingəçevir çempionatında 9 qızıl medal qazanıblar

Mingəçevir Dövlət Universitetinin tələbələri ağırlıqqaldırma üzrə Mingəçevir çempionatında 9 qızıl medal qazanıblar

2025-ci ilin 21 dekabr tarixində Mingəçevir şəhərində keçirilən ağırlıqqaldırma üzrə Mingəçevir Çempionatında Mingəçevir Dövlət Universitetinin tələbələri uğurlu nəticələr əldə ediblər.

MDU-da Azərbaycanın Milli Qəhrəmanı Natiq Qasımova həsr olunmuş Voleybol çempionatının qalibi bəlli olub

MDU-da Azərbaycanın Milli Qəhrəmanı Natiq Qasımova həsr olunmuş Voleybol çempionatının qalibi bəlli olub

2025-ci il 19 noyabr tarixində Mingəçevir Dövlət Universitetində (MDU) Azərbaycanın Milli Qəhrəmanı Natiq Qasımovun əziz xatirəsinə həsr olunmuş voleybol idman

The “Velo-Park-Healthy Youth, Green Campus “ project was presented at Mingachevir State University

The “Velo-Park-Healthy Youth, Green Campus “ project was presented at Mingachevir State University

On November 16, 2025, the grand opening ceremony of the “Velo-Park – Healthy Youth, Green Campus” project, organized by the

Mingəçevir Dövlət Universitetində “Velo-Park – Sağlam Gənclik, Yaşıl Kampus” layihəsinin təqdimatı keçirilib

Mingəçevir Dövlət Universitetində “Velo-Park – Sağlam Gənclik, Yaşıl Kampus” layihəsinin təqdimatı keçirilib

2025-ci ilin 16 noyabr tarixində Mingəçevir Dövlət Universiteti (MDU), Gənclər və İdman Nazirliyinin təşkilatçılığı və Azərbaycan Velosiped İdmanı Federasiyasının (AzVİF)

Foto qalereya