İdman-sağlamlıq kompleksi
Universitetin İdman-Sağlamlıq Kompleksi tələbə-gənclərin fiziki inkişafı və sağlam həyat tərzinin təşviqi məqsədilə əsaslı şəkildə yenilənmiş, müasir idman avadanlıqları və ləvazimatları ilə təchiz edilmişdir.
Kompleksdə rahat və funksional infrastruktur yaradılmış, soyunub-geyinmə şkafları quraşdırılmış, məşqlərdən sonra istifadə üçün zəruri sanitar-gigiyenik şərait təmin olunmuşdur.
Ümumi sahəsi 1200 m² olan məkanda basketbol, voleybol və futzal meydançaları, boks rinqi, tennis stolları, güləş döşəkləri, turnik və müxtəlif güc trenajorları quraşdırılmışdır.
Eyni zamanda, ayrıca fəaliyyət göstərən trenajor zonası, qaçış cığırları, velotrenajorlar və xizək tipli trenajorlarla təchiz edilmişdir. Standartlara cavab verən mini futbol meydançası da inşa edilərək tələbələrin istifadəsinə təqdim olunmuşdur.
Kompleks tələbələrin asudə vaxtının səmərəli təşkili, idman bacarıqlarının inkişafı və sağlam mühitin formalaşdırılması baxımından geniş imkanlar yaradır.
Kompleksdə görülən işlər
Kompleksdə ağır atletika, basketbol, voleybol, stolüstü tennis, futzal, şahmat və dama idman növləri üzrə bölmələr fəaliyyət göstərir.
Hər bir bölmə tələbələrin fiziki hazırlığının artırılması, komanda ruhunun formalaşdırılması və intellektual bacarıqlarının inkişaf etdirilməsi məqsədilə təşkil olunmuşdur. İdman məşğələləri müasir infrastruktur və zəruri avadanlıqlarla təmin edilmiş şəraitdə həyata keçirilir.
Kompleksin direktoru
Fərman Məmmədov
farman.mammadov@mdu.edu.az
Əməkdaşlar

Mehman Baxışov
Məşqçi-müəllim
mehman.baxishov@mdu.edu.az

Namiq Qasımov
Məşqçi-müəllim
namiq.qasimov@mdu.edu.az
Xəbərlər
Mingəçevir Dövlət Universitetində qruplararası futzal turnirinin qalib komandası məlum olub
2025-ci ilin 28 oktyabr tarixində Mingəçevir Dövlət Universitetində (MDU) “Konstitusiya və Suverenlik İli” çərçivəsində idmanın futzal növü üzrə qruplararası universitet
Mingəçevir Dövlət Universitetində “VeloPark” layihəsinə start verilib
2025-ci ilin sentyabrında Mingəçevir Dövlət Universitetində (MDU) Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Velosiped İdmanı Federasiyası (AzVİF) və universitetin
Mingəçevirdə Ümummilli Lider Heydər Əliyevin 102-ci ildönümünə həsr olunmuş voleybol turniri keçirilib
Mingəçevir Dövlət Universiteti (MDU) və Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə ümummilli lide Heydər Əliyevin anadan
Mingəçevir Dövlət Universitetinin tələbəsi Bəxtiyar Mehdiyev Şağan Olimpiya İdman Kompleksində keçirilən Alpaqut üzrə Assosiasiya Kubokunda qələbə qazanıb
2025-ci il 8 mart tarixində Bakıda yerləşən Şağan Olimpiya Kompleksində keçirilən Alpaqut üzrə Assosiasiya Kubokunda Mingəçevir Dövlət Universitetinin tələbəsi 18-35
Foto qalereya