İdman-sağlamlıq kompleksi
Universitetin İdman-Sağlamlıq Kompleksi tələbə-gənclərin fiziki inkişafı və sağlam həyat tərzinin təşviqi məqsədilə əsaslı şəkildə yenilənmiş, müasir idman avadanlıqları və ləvazimatları ilə təchiz edilmişdir.
Kompleksdə rahat və funksional infrastruktur yaradılmış, soyunub-geyinmə şkafları quraşdırılmış, məşqlərdən sonra istifadə üçün zəruri sanitar-gigiyenik şərait təmin olunmuşdur.
Ümumi sahəsi 1200 m² olan məkanda basketbol, voleybol və futzal meydançaları, boks rinqi, tennis stolları, güləş döşəkləri, turnik və müxtəlif güc trenajorları quraşdırılmışdır.
Eyni zamanda, ayrıca fəaliyyət göstərən trenajor zonası, qaçış cığırları, velotrenajorlar və xizək tipli trenajorlarla təchiz edilmişdir. Standartlara cavab verən mini futbol meydançası da inşa edilərək tələbələrin istifadəsinə təqdim olunmuşdur.
Kompleks tələbələrin asudə vaxtının səmərəli təşkili, idman bacarıqlarının inkişafı və sağlam mühitin formalaşdırılması baxımından geniş imkanlar yaradır.
Kompleksdə görülən işlər
Kompleksdə ağır atletika, basketbol, voleybol, stolüstü tennis, futzal, şahmat və dama idman növləri üzrə bölmələr fəaliyyət göstərir.
Hər bir bölmə tələbələrin fiziki hazırlığının artırılması, komanda ruhunun formalaşdırılması və intellektual bacarıqlarının inkişaf etdirilməsi məqsədilə təşkil olunmuşdur. İdman məşğələləri müasir infrastruktur və zəruri avadanlıqlarla təmin edilmiş şəraitdə həyata keçirilir.
Kompleksin direktoru
Fərman Məmmədov
farman.mammadov@mdu.edu.az
Əməkdaşlar

Mehman Baxışov
Məşqçi-müəllim
mehman.baxishov@mdu.edu.az

Namiq Qasımov
Məşqçi-müəllim
namiq.qasimov@mdu.edu.az
Foto qalereya