Elm tədqiqat və innovasiya şöbəsi

Elm və innovasiyalar şöbəsi Mingəçevir Dövlət Universitetinin struktur bölməsi olub, elmi-tədqiqat və innovasiyalar sahəsində Universitetin fəaliyyətini təşkil edir və koordinasiyasını həyata keçirir.

Şöbə Universitetdə 2019-cu ildə aparılan struktur islahatları çərçivəsində yaradılmışdır.

Şöbə öz fəaliyyətində Azərbaycan Respublikasının qüvvədə olan qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin əmr və təlimatlarını, Universitetin Nizamnaməsini, rektorun əmr və göstərişlərini və bu Əsasnaməni rəhbər tutur.

Şöbədə görülən işlər

Şöbə aşağıdakı funksiyaları həyata keçirir:

  • Universitetin elmi potensialının və elmi-texniki resurslarının statistikasını aparır;
  • kafedralarda elmi tədqiqatların istiqamətləri müəyyənləşdirilərkən onların dövlətin müvafiq sahə üzrə prioritet inkişaf istiqamətlərinə uyğun olmasına, aktuallığına, nəzəri və praktik əhəmiyyət kəsb etməsinə, elmi tədqiqatlar üzrə cari və perspektiv planların tərtib edilməsinə və bu planların vaxtında və tam yerinə yetirilməsinə nəzarət edir.
  • elm və innovasiyalar sahəsində Universitetin əməkdaşlarının fəaliyyətlərinin nəticələri barəsində məlumatların uçotunu və monitorinqini həyata keçirir;
  • elm və innovasiyalar sahəsi ilə bağlı yerli, respublika və beynəlxalq səviyyədə keçiriləcək tədbirlər (konfranslar, simpoziumlar, seminarlar, dəyirmi masalar, müsabiqələr, sərgilər və s.) barəsində Universitetin əməkdaşlarını məlumatlandırır və belə tədbirlərdə iştirak edəcək əməkdaşlara mümkün təşkilati köməklik göstərir;
  • Universitetdə elmi nəşrlərin hazırlanması məsələlərini koordinasiya edir.

Şöbə müdiri

Həsənov Ramil
İlham oğlu

ramil.hasanov@mdu.edu.az

Əməkdaşlar

Günel Kərimli

baş mütəxəssis
gunel.karimli@mdu.edu.az

Xəbərlər

Mingəçevir Dövlət Universitetinin rektoru Türkiyədə doktorantura təhsili almaq istəyən əməkdaşlarla görüşüb

Mingəçevir Dövlət Universitetinin rektoru Türkiyədə doktorantura təhsili almaq istəyən əməkdaşlarla görüşüb

2026-cı ilin 29 iyun tarixində Mingəçevir Dövlət Universitetinin rektoru Anar Eminov doktorantura təhsil səviyyəsi üzrə təhsillərini Türkiyə Respublikasının ali təhsil

Mingəçevir Dövlət Universitetində “The Journal of Scientific Vectors” jurnalının rəsmi saytının təqdimatı keçirilib

Mingəçevir Dövlət Universitetində “The Journal of Scientific Vectors” jurnalının rəsmi saytının təqdimatı keçirilib

2026-cı ilin 23 iyun tarixində Mingəçevir Dövlət Universitetində yeni yaradılmış “The Journal of Scientific Vectors” beynəlxalq elmi jurnalının rəsmi saytının

MDU-nun rektoru Anar Eminov “Clarivate” vebinarında tədqiqatda keyfiyyət və beynəlxalq elmi görünürlük barədə danışıb: “Keyfiyyətli tədqiqat universitetin sərhədlərini aşan ən güclü akademik imzasıdır”

MDU-nun rektoru Anar Eminov “Clarivate” vebinarında tədqiqatda keyfiyyət və beynəlxalq elmi görünürlük barədə danışıb: “Keyfiyyətli tədqiqat universitetin sərhədlərini aşan ən güclü akademik imzasıdır”

23 iyun 2026-cı il tarixində Mingəçevir Dövlət Universitetinin rektoru Anar Eminov qlobal transformativ şirkət olan “Clarivate”in “Ustadla görüş: Tədqiqatda Keyfiyyətə

Mignəçevir Dövlət Universitetində əməkdaşları üçün “SPSS-ə giriş” mövzusunda təlim keçirilib

Mignəçevir Dövlət Universitetində əməkdaşları üçün “SPSS-ə giriş” mövzusunda təlim keçirilib

Mingəçevir Dövlət Universitetində elmi tədqiqat bacarıqlarının inkişaf etdirilməsi və akademik heyətin statistik təhlil imkanlarının gücləndirilməsi məqsədilə “SPSS-ə giriş” mövzusunda təlim

Əlaqə

telefon: (055) 289 12 66;
               (050) 521 96 97

e_mail: elm-innovasiya@mdu.edu.az
              vuqar.mustafayev@mdu.edu.az