Elm tədqiqat və innovasiya şöbəsi
Elm və innovasiyalar şöbəsi Mingəçevir Dövlət Universitetinin struktur bölməsi olub, elmi-tədqiqat və innovasiyalar sahəsində Universitetin fəaliyyətini təşkil edir və koordinasiyasını həyata keçirir.
Şöbə Universitetdə 2019-cu ildə aparılan struktur islahatları çərçivəsində yaradılmışdır.
Şöbə öz fəaliyyətində Azərbaycan Respublikasının qüvvədə olan qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin əmr və təlimatlarını, Universitetin Nizamnaməsini, rektorun əmr və göstərişlərini və bu Əsasnaməni rəhbər tutur.
Şöbədə görülən işlər
Şöbə aşağıdakı funksiyaları həyata keçirir:
- Universitetin elmi potensialının və elmi-texniki resurslarının statistikasını aparır;
- kafedralarda elmi tədqiqatların istiqamətləri müəyyənləşdirilərkən onların dövlətin müvafiq sahə üzrə prioritet inkişaf istiqamətlərinə uyğun olmasına, aktuallığına, nəzəri və praktik əhəmiyyət kəsb etməsinə, elmi tədqiqatlar üzrə cari və perspektiv planların tərtib edilməsinə və bu planların vaxtında və tam yerinə yetirilməsinə nəzarət edir.
- elm və innovasiyalar sahəsində Universitetin əməkdaşlarının fəaliyyətlərinin nəticələri barəsində məlumatların uçotunu və monitorinqini həyata keçirir;
- elm və innovasiyalar sahəsi ilə bağlı yerli, respublika və beynəlxalq səviyyədə keçiriləcək tədbirlər (konfranslar, simpoziumlar, seminarlar, dəyirmi masalar, müsabiqələr, sərgilər və s.) barəsində Universitetin əməkdaşlarını məlumatlandırır və belə tədbirlərdə iştirak edəcək əməkdaşlara mümkün təşkilati köməklik göstərir;
- Universitetdə elmi nəşrlərin hazırlanması məsələlərini koordinasiya edir.
Şöbə müdiri

Həsənov Ramil
İlham oğlu
Əməkdaşlar

Günel Kərimli
baş mütəxəssis
gunel.karimli@mdu.edu.az
Xəbərlər
Elm Günü: Keçmişdən gələcəyə uzanan milli inkişaf xətti
Elm cəmiyyətin tərəqqisinin əsas meyarlarından biri olmaqla hər bir ölkənin ümumi inkişaf səviyyəsinin başlıca göstəricilərindən hesab olunur. Bu baxımdan, elmin
Mingəçevir Dövlət Universitetinin əməkdaşları Avropa bank sektorunda ESG amillərinə dair mühazirədə iştirak ediblər
Mingəçevir Dövlət Universitetinin bir qrup əməkdaşı “Avropa bank sektorunda S və G amillərinin ayrılması: iqlim riskləri və imkanları barədə məlumatlılığın
Mingəçevir Dövlət Universitetində doktorantların, dissertantların və gənc tədqiqatçıların elmi seminarı keçirilib
2026-cı ilin 13 mart tarixində Mingəçevir Dövlət Universitetində Elmi tədqiqat və innovasiya şöbəsinin təşkilatçılığı ilə “Şəhərsalma və Memarlıq İli” çərçivəsində
Mingəçevir Dövlət Universitetində Riyaziyyat, Mühəndislik, Təbiət və Tibb Elmləri üzrə 21-ci Beynəlxalq Avropa Konfransı (MAS) öz işinə başlayıb
2026-cı ilin 2–4 mart tarixlərində Mingəçevir Dövlət Universiteti və Türkiyə Cumhuriyyətinin İqtisadi İnkişaf və Sosial Tədqiqatlar İnstitutunun (İKSAD) birgə təşkilatçılığı
Əlaqə
telefon: (055) 289 12 66;
(050) 521 96 97
e_mail: elm-innovasiya@mdu.edu.az
vuqar.mustafayev@mdu.edu.az