Turizm və ətraf mühit tədqiqat mərkəzi
Turizm və Ətraf Mühit Tədqiqat Mərkəzi Mingəçevir Dövlət Universitetinin Elmi Şurasının 28.01.2025-ci il tarixli, 60 nömrəli qərarı ilə yaradılmış və 27.02.2025-ci il tarixli 70 nömrəli qərarı ilə Mərkəzin Əsasnaməsi təsdiqlənmişdir. Mərkəzin fəaliyyətinin təşkili MDU rektorunun əmri ilə təyin olunmuş rəhbər tərəfindən həyata keçirilir.
Turizm və Ətraf Mühit Tədqiqat Mərkəzinin aşağıdakı vəzifələri vardır:
- Turizm və ətraf mühit sahələri üzrə elmi-tədqiqatlar aparmaq, bu sahədə nəzəriyyə və praktika arasında əlaqə yaratmaq,
- Turizm və ətraf mühitin tədqiqat təsirlərini qiymətləndirmək və bu sahədə tədbirlər təklif etmək,
- Hesabatlar, kitabçalar, tədqiqat sənədləri, məqalələr və s. hazırlamaq,
- Turizm və ətraf mühit tədqiqatları ilə bağlı mütəxəssislər və kadrlar hazırlamaq,
- Turizm və ətraf mühit tədqiqatlarının icrası ilə əlaqədar konfranslar, təlimlər və seminarlar təşkil etmək.
- Səlahiyyətləri çərçivəsində universitetin inkişaf konsepsiyasının həyata keçirilməsini təmin etmək.
Turizm və Ətraf Mühit Tədqiqat Mərkəzinin fəaliyyət istiqamətləri aşağıdakılardır:
- Turizm və ətraf mühit tədqiqatları sahəsində elmi-tədqiqat fəaliyyətini inkişaf etdirmək, bu sahədə innovativ ideyalar yaratmaq,
- Azərbaycan Respublikasının davamlı turizmin inkişafı prosesinə töhvə vermək,
- Davamlı turizm, ətraf mühitin tədqiq edilməsi və turizmin inkişafının ətraf mühitə təsiri istiqamətində təhlillər apararaq tövsiyələr hazırlamaq,
- Turizm istiqamətli kafedraların elmi-tədqiqat mövzularının seçilməsində iştirak etmək,
- Tələbələrin elmə yönəldilməsi və tədqiqatlarının nəticələrinin dərc etdirilməsinə köməkliyin göstərilməsi.
Mərkəzin rəhbəri
Üzvlər
- Nazim Niftəliyev Fazil oğlu- MDU İqtisadiyyat və idarəetmə fakültəsinin dekan müavini
- Aysel Qocayeva Möhrəddin qızı- MDU İqtisadiyyat kafedrasının müəllimi
- Leyla Əhmədova Bəylər qızı- MDU Fizika və Ekologiya kafedrasının müəllimi
- Ziya Qurbanzadə Ziyəddin oğlu- Mingəçevir Regional Turizm İdarəsi, məsləhətçi
Tədbirlər
Azərbaycanda turizm təhsilində ilk: Mingəçevir Dövlət Universiteti Türkiyə şirkəti ilə birlikdə turizm laboratoriyasının açılışını edib
30 noyabr 2025-ci il tarixində Mingəçevir Dövlət Universitetində (MDU) turizm yönümlü ixtisalarda təhsil alan tələbələr üçün yeni yaradılmış “Tourism Skills
MDU-nun turizm istiqamətində təhsil alan tələbələri “Turizm biznesi” mövzusunda təlimdə iştirak ediblər
2025-ci ilin 22 noyabr tarixində Mingəçevir Regional Turizm İdarəsinin təşkilatçılığı ilə Mingəçevir Dövlət Universitetinin (MDU) turizm istiqamətində olan ixtisaslarda təhsil
An industry-oriented and digital learning environment is being formed in tourism education at Mingachevir State University: Teachers participate in a training program with Turkish specialists
Consistent steps are being taken at Mingachevir State University (MSU) to build tourism education on practical and digital foundations The
MDU-da turizm təhsilində sənayeyönümlü və rəqəmsal tədris mühiti formalaşır: Müəllimlər türkiyəli mütəxəsisslərin təlim proqramında iştirak edirlər
Mingəçevir Dövlət Universitetində (MDU) turizm sahəsində tədrisin praktiki və rəqəmsal əsaslar üzərində qurulması istiqamətində ardıcıl addımlar atılır. Yeni yaradılmış “Tourism
