Universitetimiz Sizinlə böyüyəcək,
Sizinlə yüksələcək!
Müasir təhsil. Doğru seçim. Uğurlu karyera
Müasir tədris texnologiyalarının, innovativ təlim metodlarının və çevik universitet idarəetmə mexanizmlərinin tətbiqi MDU-nun milli ali təhsilimizin ümumi xəritəsindəki mövqeyinin gücləndirilməsini, onun Mingəçevir şəhəri və ətraf rayonların sosial-iqtisadi inkişafına daha çox töhfələr verməsini hədəfləyir. Bütün bunlara nail olmaq üçün mövcud şərtlər kontekstində tədrisin keyfiyyətinin yüksəldilməsi, elmi fəaliyyətin səmərəliliyinin artırılması, maddi-texniki bazanın gücləndirilməsi, professor-müəllim və inzibati-texniki heyət üzvlərinin sosial rifahının yaxşılaşdırılması, yerli və xarici universitetlərlə qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsi, özəl və dövlət qurumları ilə səmərəli işbirliyinin yaradılması prioritet istiqamətlər olaraq seçilib.
MDU-da həyata keçirilən kompleks tədbirlər ilk növbədə əsas strateji hədəflərə – yeni dövrün universitetinə çevrilməyə, regional inkişafa töhfə verməyə və paytaxt səviyyəli ali təhsil müəssisəsi statusuna nail olmağa hesablanır. Bu zaman milli ali təhsilimizdə müşahidə olunan inkişaf trendləri, beynəlxalq ali təhsil məkanında baş verən dəyişikliklərə əsaslanan yeni çağırışlar, eləcə də Universitetin mövcud durumu və potensial imkanları əhəmiyyətli dərəcədə nəzərə alınır.

Son xəbərlər
Mingəçevir Dövlət Universiteti və “Nigella Alyalina” MMC dayanıqlı istehlak, rəqəmsal ticarət və innovativ biznes bacarıqları üzrə əməkdaşlığa başlayır
2026-cı ilin 13 iyul tarixində Mingəçevir Dövlət Universiteti ilə “Nigella Alyalina” MMC arasında universitet–biznes əməkdaşlığının inkişafına həsr olunmuş görüş keçirilib.
Mingəçevir Dövlət Universiteti və “Aze Turizm” MMC dayanıqlı turizm, praktiki təhsil və karyera imkanları üzrə əməkdaşlığa başlayır
2026-cı ilin 13 iyul tarixidnə Mingəçevir Dövlət Universitetində “Aze Turizm” MMC ilə əməkdaşlıq əlaqələrinin inkişafına həsr olunmuş görüş keçirilib. Görüşdə
Mingəçevir Dövlət Univeristeti və “Məlhəm” Beynəlxalq Hospital sağlam gələcək, rəqəmsal səhiyyə və peşəkar inkişaf naminə əməkdaşlığa başlayır
2026-cı ilin 13 iyul tarixində Mingəçevir Dövlət Universitetində “Məlhəm” Beynəlxalq Hospital ilə əməkdaşlığın inkişafına həsr olunmuş görüş keçirilib. Görüşdə MDU-nun
Mingəçevir Dövlət Universiteti və “Araz” MTK dayanıqlı tikinti, rəqəmsal innovasiya və karyera imkanları üzrə əməkdaşlıq edəcək
2026-cı ilin 13 iyul tarixində Mingəçevir Dövlət Universitetində “Araz” Mənzil-Tikinti Kooperativi ilə əməkdaşlığın inkişafına həsr olunmuş görüş keçirilib. Görüşdə MDU-nun
elmi konfranslar
Mingəçevir Dövlət Universitetində keçirilən konfranslarda təhsil, tədris və tədqiqat sahəsində innovasiyaların tətbiqi, keyfiyyətli təhsilə bərabər çıxış imkanları, universitet – sənaye əməkdaşlığı, texnoloji inkişaf, pedaqoji və psixoloji aspektlər, süni intellekt və onun tətbiqləri, kibertəhlükəsizlik, milli və beynəlxalq təcrübənin inteqrasiyası və digər mövzularda müzakirələr aparılır.
Kampus

Mingəçevir Dövlət Universitetinin yeni kampusu hazırda inşa edilir və Mingəçevir şəhərinin 7 hektarlıq sahəsində yerləşir. Kampus, gənc nəslin tələblərinə uyğun müasir təhsil və sosial həyat imkanları təqdim edəcək. Kampusun ümumi tələbə tutumu 10 min nəfər olacaq. İçərisində tələbələr üçün yataqxana, hotel binası, müasir kitabxana, konfrans zalı, açıq və qapalı idman ərazisi, biznes inkibasiya mərkəzi, sosial fəaliyyətlər üçün ərazi və yaşıllıq zonası olacaq. Bu kampus, universitetin təhsil keyfiyyətini artırmaq və Mingəçevirin təhsil sektorunun inkişafını təmin etmək məqsədini güdür. Kampus, tələbələrə yüksək səviyyədə təhsil alaraq şəxsi inkişaflarını davam etdirmək üçün mükəmməl şərait yaradacaq.

MDU beynəlxalq reytinqlərdə
UI GreenMetric World
UniversityRankings 2025
Higher Education Ranking
Keçiriləcək tədbirlər
“Təhsildə keyfiyyət, dayanıqlılıq və innovasiya forumu-2026″
13 Fevral 2026
Mingəçevir şəhər Heydər Əliyev Mərkəzi
“Davamlı inkişaf Strategiyası”
konfransı 2025
6-8 Dekabr 2025
D.Əliyeva küçəsi, 21 Mingəçevir
Faydalı keçidlər
Gələcəyin doğru ünvanı
Mingəçevir Dövlət Universitetinin (MDU) beynəlxalq əlaqələri xarici ölkə universitetləri ilə ikitərəfli əməkdaşlığı, beynəlxalq təhsil proqramlarında iştirakı, əcnəbi tələbələrin cəlb olunmasını, müvafiq beynəlxalq təşkilatlarla işbirliyini və digər istiqamətləri əhatə edir.