Tələbələrlə iş şöbəsi

Şöbə tələbələrin universitet həyatının rəsmi və akademik aspektlərini təşkil etmək, tələbə sənədlərinin idarə olunması və monitorinqini təmin etmək, tələbə məlumatlarının dəqiq və normativ sənədlərə uyğun saxlanmasını həyata keçirmək məqsədilə fəaliyyət göstərir.

Şöbə öz fəaliyyətində Azərbaycan Respublikasının qanunvericilik sisteminə daxil olan normativ-hüquqi aktları, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin təlimatlarını, MDU-nun Nizamnaməsini, universitet rəhbərliyinin qərar və göstərişlərini, eləcə də öz Əsasnaməsini rəhbər tutur. Bu çərçivədə Şöbə MDU-nun digər struktur bölmələri, dövlət və yerli özünüidarəetmə orqanları və digər müvafiq qurumlarla əməkdaşlıq edir.

Şöbədə görülən işlər

  • Tələbələrin qeydiyyatı, sənəd dövriyyəsi və digər rəsmi sənədlərinin idarə olunması;
  • Tələbələrin təhsil hüquqları və öhdəlikləri ilə bağlı müraciətlərin qəbul edilməsi və araşdırılması;
  • Tələbə məlumatlarının elektron və kağız daşıyıcıda saxlanması və təhlükəsizliyinin təmin edilməsi;
  • Akademik plan və proqramların tələblərinə uyğun olaraq tələbə sənədlərinin monitorinqi və statistik hesabatların hazırlanması;
  • Tələbə imtahanları, diplom işləri və digər akademik proseslərlə bağlı sənədlərin koordinasiyası;
  • Tələbə statusu ilə bağlı normativ və inzibati qaydaların tətbiqi və müvafiq əmrlərin icrasının təmin edilməsi;
  • Tələbə məlumat bazalarının hazırlanması və yenilənməsi;
  • Universitet rəhbərliyinə tələbə məsələləri üzrə hesabatların təqdim edilməsi;
  • Tələbə və məzun məlumatlarının qorunması və normativ qaydalara uyğun idarə olunması;
  • Müvafiq dövlət və beynəlxalq standartlara uyğun tələbə sənədləşməsinin həyata keçirilməsi.

Əməkdaşlıq

Şöbə müdiri

İlhamə Məmmədova

ilhama.mammadova@mdu.edu.az

Əməkdaşlar

Könül Məmmədova

konul.mammadova@mdu.edu.az

Əlaqə

Mingəçevir ş., D.Əliyeva 21, AZ4500

talaba.tadbir@mdu.edu.az

(+994) 50 5097747