İdman-sağlamlıq kompleksi

Universitetin İdman-Sağlamlıq Kompleksi tələbə-gənclərin fiziki inkişafı və sağlam həyat tərzinin təşviqi məqsədilə əsaslı şəkildə yenilənmiş, müasir idman avadanlıqları və ləvazimatları ilə təchiz edilmişdir.

Kompleksdə rahat və funksional infrastruktur yaradılmış, soyunub-geyinmə şkafları quraşdırılmış, məşqlərdən sonra istifadə üçün zəruri sanitar-gigiyenik şərait təmin olunmuşdur.

Ümumi sahəsi 1200 m² olan məkanda basketbol, voleybol və futzal meydançaları, boks rinqi, tennis stolları, güləş döşəkləri, turnik və müxtəlif güc trenajorları quraşdırılmışdır.

Eyni zamanda, ayrıca fəaliyyət göstərən trenajor zonası, qaçış cığırları, velotrenajorlar və xizək tipli trenajorlarla təchiz edilmişdir. Standartlara cavab verən mini futbol meydançası da inşa edilərək tələbələrin istifadəsinə təqdim olunmuşdur.

Kompleks tələbələrin asudə vaxtının səmərəli təşkili, idman bacarıqlarının inkişafı və sağlam mühitin formalaşdırılması baxımından geniş imkanlar yaradır.

Kompleksdə görülən işlər

Kompleksdə ağır atletika, basketbol, voleybol, stolüstü tennis, futzal, şahmat və dama idman növləri üzrə bölmələr fəaliyyət göstərir.

Hər bir bölmə tələbələrin fiziki hazırlığının artırılması, komanda ruhunun formalaşdırılması və intellektual bacarıqlarının inkişaf etdirilməsi məqsədilə təşkil olunmuşdur. İdman məşğələləri müasir infrastruktur və zəruri avadanlıqlarla təmin edilmiş şəraitdə həyata keçirilir.

Kompleksin direktoru

Məmmədov Fərman

Fərman Məmmədov
farman.mammadov@mdu.edu.az

Əməkdaşlar

Mehman Baxışov 

Məşqçi-müəllim
mehman.baxishov@mdu.edu.az

Namiq Qasımov

Namiq Qasımov

Məşqçi-müəllim
namiq.qasimov@mdu.edu.az

Xəbərlər

Mingəçevirdə Ümummilli Lider Heydər Əliyevin 102-ci ildönümünə həsr olunmuş voleybol turniri keçirilib

Mingəçevirdə Ümummilli Lider Heydər Əliyevin 102-ci ildönümünə həsr olunmuş voleybol turniri keçirilib

Mingəçevir Dövlət Universiteti (MDU) və Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə ümummilli lide Heydər Əliyevin anadan

Mingəçevir Dövlət Universitetinin tələbəsi Bəxtiyar Mehdiyev Şağan Olimpiya İdman Kompleksində keçirilən Alpaqut üzrə Assosiasiya Kubokunda qələbə qazanıb

Mingəçevir Dövlət Universitetinin tələbəsi Bəxtiyar Mehdiyev Şağan Olimpiya İdman Kompleksində keçirilən Alpaqut üzrə Assosiasiya Kubokunda qələbə qazanıb

2025-ci il 8 mart tarixində Bakıda yerləşən Şağan Olimpiya Kompleksində keçirilən Alpaqut üzrə Assosiasiya Kubokunda Mingəçevir Dövlət Universitetinin tələbəsi 18-35

MDU-nun mini-futbol komandası şəhər birincisi olub

MDU-nun mini-futbol komandası şəhər birincisi olub

Mingəçevir Dövlət Universiteti (MDU) və Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə 31 Dekabr - Dünya Azərbaycanlılarının

Mingəçevir Dövlət Universitetinin mini futbol komandası Müstəqillik Gününə həsr edilən şəhər çempionatının qalibi olub

Mingəçevir Dövlət Universitetinin mini futbol komandası Müstəqillik Gününə həsr edilən şəhər çempionatının qalibi olub

2022-ci ilin 23-26 may tarixlərində Mingəçevir Dövlət Universiteti (MDU) və Mingəçevir şəhər Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə “28 May

Foto qalereya