İdman-sağlamlıq kompleksi

Universitetin İdman-Sağlamlıq Kompleksi tələbə-gənclərin fiziki inkişafı və sağlam həyat tərzinin təşviqi məqsədilə əsaslı şəkildə yenilənmiş, müasir idman avadanlıqları və ləvazimatları ilə təchiz edilmişdir.

Kompleksdə rahat və funksional infrastruktur yaradılmış, soyunub-geyinmə şkafları quraşdırılmış, məşqlərdən sonra istifadə üçün zəruri sanitar-gigiyenik şərait təmin olunmuşdur.

Ümumi sahəsi 1200 m² olan məkanda basketbol, voleybol və futzal meydançaları, boks rinqi, tennis stolları, güləş döşəkləri, turnik və müxtəlif güc trenajorları quraşdırılmışdır.

Eyni zamanda, ayrıca fəaliyyət göstərən trenajor zonası, qaçış cığırları, velotrenajorlar və xizək tipli trenajorlarla təchiz edilmişdir. Standartlara cavab verən mini futbol meydançası da inşa edilərək tələbələrin istifadəsinə təqdim olunmuşdur.

Kompleks tələbələrin asudə vaxtının səmərəli təşkili, idman bacarıqlarının inkişafı və sağlam mühitin formalaşdırılması baxımından geniş imkanlar yaradır.

Kompleksdə görülən işlər

Kompleksdə ağır atletika, basketbol, voleybol, stolüstü tennis, futzal, şahmat və dama idman növləri üzrə bölmələr fəaliyyət göstərir.

Hər bir bölmə tələbələrin fiziki hazırlığının artırılması, komanda ruhunun formalaşdırılması və intellektual bacarıqlarının inkişaf etdirilməsi məqsədilə təşkil olunmuşdur. İdman məşğələləri müasir infrastruktur və zəruri avadanlıqlarla təmin edilmiş şəraitdə həyata keçirilir.

Kompleksin direktoru

Məmmədov Fərman

Fərman Məmmədov
farman.mammadov@mdu.edu.az

Əməkdaşlar

Mehman Baxışov 

Məşqçi-müəllim
mehman.baxishov@mdu.edu.az

Namiq Qasımov

Namiq Qasımov

Məşqçi-müəllim
namiq.qasimov@mdu.edu.az

Xəbərlər

Gələcəyin qrossmeysterləri Mingəçevirdə yetişəcək: Mingəçevir Dövlət Universiteti və Məmmədyarovlar süni intellektlə şahmatı birləşdirir

Gələcəyin qrossmeysterləri Mingəçevirdə yetişəcək: Mingəçevir Dövlət Universiteti və Məmmədyarovlar süni intellektlə şahmatı birləşdirir

2026-cı ilin 13 mart tarixində Mingəçevir Dövlət Universiteti ilə ölkəmizi beynəlxalq və yerli turnirlərdə layiqincə təmsil edən, Azərbaycan şahmatının inkişafına

Mingəçevir Dövlət Universitetinin futzal komandası tələbələrarası yarışlarda uğurlu nəticə əldə edib

Mingəçevir Dövlət Universitetinin futzal komandası tələbələrarası yarışlarda uğurlu nəticə əldə edib

11–12 mart 2026-cı il tarixlərində Gəncə şəhərində Azərbaycan Tələbə Futbol Federasiyası İctimai Birliyinin (ATFFİB) təşkilatçılığı ilə ali və orta ixtisas

Mingəçevir Dövlət Universitetində “Bədən tərbiyəsi və idman günü”nə həsr olunmuş futzal üzrə universitet birinciliyi keçirilib

Mingəçevir Dövlət Universitetində “Bədən tərbiyəsi və idman günü”nə həsr olunmuş futzal üzrə universitet birinciliyi keçirilib

2026-cı ilin 5 mart tarixində Mingəçevir Dövlət Universitetində “Şəhərsalma və memarlıq ili” çərçivəsində “Bədən tərbiyəsi və idman günü”nə həsr olunmuş

Mingəçevir Dövlət Universitetinin əməkdaş və tələbəsi Pauerliftinq və Benç-Press üzrə Azərbaycan Çempionatında qızıl medal qazanıblar

Mingəçevir Dövlət Universitetinin əməkdaş və tələbəsi Pauerliftinq və Benç-Press üzrə Azərbaycan Çempionatında qızıl medal qazanıblar

2026-cı ilin 28 fevral – 1 mart tarixlərində Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Azərbaycan Pauerliftinq Federasiyasının birgə təşkilatçılığı

Foto qalereya