Mingəçevir Dövlət Universitetində qruplararası futzal turnirinin qalib komandası məlum olub

  • Post category:MDU xəbərləri

2025-ci ilin 28 oktyabr tarixində Mingəçevir Dövlət Universitetində (MDU) “Konstitusiya və Suverenlik İli” çərçivəsində idmanın futzal növü üzrə qruplararası universitet birliyi ilə bağlı çempionatın final oyunu keçirilib.
Universitetin İdman-sağlamlıq Kompleksinin təşkilatçılığı ilə keçirilən çempionatda MDU-nun Mühəndislik, Təhsil və İqtisadiyyat və idarəetmə fakültələrinin tələbələrindən ibarət 22 komanda mübarizə aparıb.
Maraqlı və gərgin şəraitdə keçən çempionatın finalında Mühəndislik fakültəsinin “EM23” və Təhsil fakültəsinin “Sİ23” qrupları birincilik üçün mübarizə aparıblar. “Sİ23” qrupu 9-4 hesabı ilə çempionatın qalibi olub.
Çempionatın yekununda komandalar medal və sertifikatlarla təltif olunub.
Qeyd edək ki, universitetdə gənclərin hərtərəfli inkişafı məqsədilə tələbələrin asudə vaxtlarının faydalı təşkili və idman fəaliyyətlərinə cəlb olunması davamlı şəkildə diqqətdə saxlanılır.