2026-cı ilin 22 aprel tarixində Mingəçevir Dövlət Universitetinin İdman-Sağlamlıq Kompleksində “Mövcud idman infrastrukturunun müasirləşdirilməsi və ondan istifadə imkanlarının genişləndirilməsi” mövzusunda tədbir keçirilib.
Tədbirdə MDU-nun rektorunun müşavirləri Xaqani Cəfərov və Elvin Məmmədzadə çıxış edərək universitetdə mövcud idman infrastrukturunun cari vəziyyəti və onun müasir tələblərə uyğun təkmilləşdirilməsi istiqamətində görülən işlər barədə məlumat veriblər. Məsləhətçi professor Veysəl Əyyubov çıxışında bu sahədə qarşıda duran əsas vəzifələri diqqətə çatdırıb. Baş mühasib Rəşad Qurbanov isə idman infrastrukturunun inkişafı ilə bağlı maliyyə təminatı və resursların səmərəli istifadəsi məsələlərinə toxunub.
Eyni zamanda, idman obyektlərindən istifadə imkanlarının genişləndirilməsi, tələbələrin sağlam həyat tərzinin təşviqi, kütləvi idman fəaliyyətlərinin artırılması və bu sahədə idarəetmənin səmərəliliyinin yüksəldilməsi məsələləri müzakirə olunub.
Tədbirdə universitetin bir qrup əməkdaşı iştirak edib və mövzu ətrafında fikir mübadiləsi aparılıb. Sonda irəli sürülən təkliflər ümumiləşdirilərək müvafiq istiqamətlər üzrə tədbirlərin davam etdirilməsinin vacibliyi qeyd olunub.