Mingəçevir Dövlət Universiteti 131 ştat üzrə professor, dosent, baş müəllim və müəllim vakansiyaları elan edir.

  • Post category:Elanlar

Mingəçevir Dövlət Universiteti 2026–2027-ci tədris ili üçün yüksək ixtisaslı, peşəkar, innovativ düşüncəli və müasir ali təhsil çağırışlarına uyğun akademik kadrların tədris və elmi fəaliyyətə cəlb olunması məqsədilə professor-müəllim heyəti üzrə müsabiqə elan edir. Müsabiqə universitetin fakültə və kafedralarında mövcud olan vakant professor, dosent, baş müəllim və müəllim vəzifələrini əhatə edir.

Vakant yerlər üzrə ümumi göstərici: 8 professor, 22 dosent, 36 baş müəllim və 65 müəllim olmaqla ümumilikdə 131 vakant yer.

Vakant yerlər üzrə bölgü

İstiqamətProfessorDosentBaş müəllimMüəllimCəmi
İqtisadiyyat istiqaməti üzrə3351021
Menecment istiqaməti üzrə3251020
Turizm biznesi və marketinq istiqaməti üzrə  358
Energetika istiqaməti üzrə 2259
Mexanika istiqaməti üzrə  257
Təbiət elmləri istiqaməti üzrə 2259
Humanitar fənlər istiqaməti üzrə235515
Xarici dillər istiqaməti üzrə 33511
Pedaqogika və psixologiya istiqaməti üzrə 33511
Riyaziyyat istiqaməti üzrə 23510
İnformasiya texnologiyaları istiqaməti üzrə 23510
 Cəmi8223665131

Namizədlərə dair əsas tələblər:

  • Ali təhsil müəssisələrində professor-müəllim vəzifələrinin tutulması qaydaları haqqında əsasnamənin tələblərinə uyğunluq (https://e-qanun.az/framework/10306);
  • Müvafiq ixtisas üzrə minimum magistr dərəcəsi (elmi ad və elmi dərəcənin olması üstünlükdür);
  • Elmi-pedaqoji fəaliyyət və istehsalat təcrübəsi;
  • Müasir tədris metodlarından, rəqəmsal təhsil platformalarından və innovativ tədris texnologiyalarından istifadə bacarığı, elmi fəaliyyətdə aktivlik;
  • Tələbəyönümlü yanaşma, effektiv ünsiyyət, təqdimat və auditoriyanın idarə edilməsi bacarıqları;
  • Fənn proqramı, sillabus, tədris materialları və qiymətləndirmə vasitələrinin hazırlanması üzrə bilik və bacarıqlar;
  • Akademik etik davranış qaydalarına və universitetin korporativ dəyərlərinə sadiqlik.

  • Namizədin aktiv elmi-tədqiqat fəaliyyəti ilə məşğul olması, yüksək indeksli beynəlxalq və yerli elmi jurnallarda məqalələrinin dərc edilməsi üstünlük kimi qiymətləndirilir.

Tələb olunan sənədlər:

  • CV;
  • Kadrlar uçotunun şəxsi vərəqəsi;
  • Tərcümeyi-hal;
  • Ali təhsil, elmi ad və elmi dərəcəni təsdiq edən sənədlər;
  • (Xaricdə təhsil almış namizədlərin diplomlarının nostrifikasiya sənədləri)
  • Dərc olunmuş elmi əsərlərin, kəşf və ixtiraların təsdiq edilmiş siyahısı;
  • Müvafiq istiqamət üzrə fənn sillabusu.

Müraciət qaydası

Müsabiqədə iştirak etmək istəyən namizədlər tələb olunan sənədləri elektron formada vacancy@mdu.edu.az  ünvanına göndərə bilərlər.

Son müraciət tarixi: 20.07.2026

Hər hansı sual yarandığı təqdirdə 055 243 93 21 (iş günləri və saatlarında zəng üçün aktivdir) nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.