Beynəlxalq əlaqələr və əməkdaşlıq şöbəsi
Mingəçevir Dövlət Universitetinin Beynəlxalq əməkdaşlıq ofisi öz fəaliyyətini Azərbaycan Respublikasının qanunvericiliyi və tərəfdar çıxdığı beynəlxalq müqavilələr əsasında həyata keçirir.
Mingəçevir Dövlət Universitetinin (MDU) beynəlxalq əlaqələri xarici ölkə universitetləri ilə ikitərəfli əməkdaşlığı, beynəlxalq təhsil proqramlarında iştirakı, əcnəbi tələbələrin cəlb olunmasını, müvafiq beynəlxalq təşkilatlarla işbirliyini və digər istiqamətləri əhatə edir.
Şöbədə görülən işlər
Xarici ölkə universitetləri ilə əməkdaşlıq tələbə və müəllim mübadiləsinin həyata keçirilməsini, ortaq Yay Məktəblərinin və ikili diplom proqramlarının reallaşdırılmasını, birgə elmi konfransların və seminarların təşkilini, qarşılıqlı faydalı təcrübə mübadiləsinin aparılmasını nəzərdə tutur. Bu vaxta qədər, MDU dünyanın bir çox ölkəsinin ali təhsil müəssisələri ilə ikitərəfli əməkdaşlıq müqaviləsi imzalamışdır.
“Erasmus +” proqramı üzrə müəllim-tələbə mübadiləsi sahəsində fəaliyyət uğurla davam etdirilir. Təhsil aldıqları müddətdə topladıqları kreditlərin bir hissəsini tərəfdaş universitetlərdə qazanmış tələbələrimizin sayı sürətlə artır. Həmin proqram çərçivəsində İspaniyanın Valladolid Universiteti, Ruminiyanın Timişoara Politexnik və Transilvaniya Universitetləri, Bolqarıstanın Varna İqtisadiyyat Universiteti, İstanbul Gedik Universiteti ilə bakalavriat, magistratura dərəcələrində təhsil alan tələbələrin və akademik heyətin mübadiləsi həyata keçirilir.
2021-ci ildə beynəlxalq əlaqələrin inkişafı çərçivəsində Mingəçevir Dövlət Universiteti Türkiyənin Qazi Universiteti, Yıldız Teknik Universiteti, KTO Karatay Universiteti, İstanbul Gedik universiteti ilə əməkdaşlıq protokolu imzalayıb. Bu universitetlərlə MDU arasında ortaq mühazirələrin təşkil edilməsi, konfransların həyata keçirilməsi, elmi məqalələrin qarşılıqlı olaraq universitetlərin jurnallarında çap edilməsi, tələbə-müəllim mübadiləsi və digər məsələləri əhatə edir.
2021-ci il oktyabrın 27-də MDU və Kiyev Milli İqtisadiyyat Universiteti (KNEU) arasında əməkdaşlıq memorandumu imzalanmışdır. 2021-ci ilin 29 oktyabr tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) və Kiyev Milli Texnologiya və Dizayn Universiteti (Kyiv National University of Technologies and Design-KNUTD) arasında əməkdaşlıq memorandumu imzalanıb.
2021-ci ildən MDU-nun da iştirak etdiyi Avropa Komissiyasının maliyyələşdirdiyi “Erasmus+” proqramı çərçivəsində həyata keçirilən ali təhsildə uyğun istiqamətlərin inkişaf etdirilməsini nəzərdə tutan “Sahil ekosistemlərinin iqlim dəyişikliyinə uyğunlaşdırılması üçün geoməkan mühəndisliyi üzrə yeni fənləri” (“New Courses in Geospatial Engineering for Climate Change Adaptation of Coastal Ecosystems”) GEOCLIC layihəsinə start verilib. Üç il davam edəcək layihədə Azərbaycan, Almaniya, Niderland Krallığı, Litva, Qazaxıstan, Rumıniya və Türkmənistan ali təhsil müəssisələri tərəfdaş kimi çıxış edəcək.
Şöbə müdiri

Samirə Əhmədova
Əməkdaşlar

Pərviz Məmmədrzayev
koordinator
parviz.mammadrzayev@mdu.edu.az

Tamara Xanlayeva
koordinator
tamara.xanlayeva@mdu.edu.az
Beynəlxalq əməkdaşlıq
Xəbərlər
Mingəçevir Dövlət Universiteti ilə Malayziyanın INTI Beynəlxalq Universiteti arasında əməkdaşlıq memorandumu imzalanıb
Mingəçevir Dövlət Universiteti ilə INTI Beynəlxalq Universiteti arasında akademik və institusional əməkdaşlığın inkişafına yönəlmiş Əməkdaşlıq Memorandumu imzalanıb. Memorandum tərəflər arasında
A New Step Toward International Academic Partnership: Memorandum Signed Between MDU and Asia Pacific University of Technology and Innovation
A new significant step has been taken toward strengthening inter-university cooperation within the framework of the Memorandum of Cooperation signed
Beynəlxalq akademik tərəfdaşlıq istiqamətində yeni addım: MDU ilə Asia Sakit Okean Texnologiya və İnnovasiya Universiteti arasında memorandum imzalanıb
Mingəçevir Dövlət Universiteti ilə Asia Sakit Okean Texnologiya və İnnovasiya Universiteti arasında imzalanmış Əməkdaşlıq Memorandumu çərçivəsində universitetlərarası tərəfdaşlığın inkişafı istiqamətində
Mingəçevir Dövlət Universitetində keçirilən beynəlxalq konfransda Dokuz Eylül Universitetinin 15 tələbəsi məruzəçi kimi çıxışlar ediblər
Mingəçevir Dövlət Universitetinin ev sahibliyi etdiyi “Dil, Təhsil, Tədqiqat və Dayanıqlılıq Sahəsində Müasir Problemlər” mövzusunda Beynəlxalq Elmi Konfrans çərçivəsində beynəlxalq
Elanlar

Mingəçevir Dövlət Universitetində tələbə və müəllimlər üçün mübadilə proqramına müraciətlər başlayır: Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Şimali Kipr və Macarıstan universitetlərində təhsil və tədris imkanı
Mingəçevir Dövlət Universiteti tələbə və müəllimlər üçün beynəlxalq akademik mübadilə imkanlarını genişləndirməyə davam edir. Universitetdə 2026–2027-ci tədris ilinin payız və

“Orhun Mübadilə Proqramı” tələbə və müəllimlər üçün məlumatlandırma görüşü
🔴 Mingəçevir Dövlət Universitetində “Orhun Mübadilə Proqramı” ilə bağlı tələbə və müəllimlər üçün məlumatlandırıcı görüş keçiriləcək. ✅ Görüş zamanı:▶️ Təhsil

“Akçakoca Turizm və İqtisadiyyat Simpoziumu”na məqalə qəbulu davam edir
Mingəçevir Dövlət Universitetinin də tərəfdaşlarından olduğu “Akçakoca Turizm və İqtisadiyyat Simpoziumu”na məqalə qəbulu davam edir. Ətraflı məlumat və müraciət üçün: