Beynəlxalq əlaqələr və əməkdaşlıq şöbəsi
Mingəçevir Dövlət Universitetinin Beynəlxalq əməkdaşlıq ofisi öz fəaliyyətini Azərbaycan Respublikasının qanunvericiliyi və tərəfdar çıxdığı beynəlxalq müqavilələr əsasında həyata keçirir.
Mingəçevir Dövlət Universitetinin (MDU) beynəlxalq əlaqələri xarici ölkə universitetləri ilə ikitərəfli əməkdaşlığı, beynəlxalq təhsil proqramlarında iştirakı, əcnəbi tələbələrin cəlb olunmasını, müvafiq beynəlxalq təşkilatlarla işbirliyini və digər istiqamətləri əhatə edir.
Şöbədə görülən işlər
Xarici ölkə universitetləri ilə əməkdaşlıq tələbə və müəllim mübadiləsinin həyata keçirilməsini, ortaq Yay Məktəblərinin və ikili diplom proqramlarının reallaşdırılmasını, birgə elmi konfransların və seminarların təşkilini, qarşılıqlı faydalı təcrübə mübadiləsinin aparılmasını nəzərdə tutur. Bu vaxta qədər, MDU dünyanın bir çox ölkəsinin ali təhsil müəssisələri ilə ikitərəfli əməkdaşlıq müqaviləsi imzalamışdır.
“Erasmus +” proqramı üzrə müəllim-tələbə mübadiləsi sahəsində fəaliyyət uğurla davam etdirilir. Təhsil aldıqları müddətdə topladıqları kreditlərin bir hissəsini tərəfdaş universitetlərdə qazanmış tələbələrimizin sayı sürətlə artır. Həmin proqram çərçivəsində İspaniyanın Valladolid Universiteti, Ruminiyanın Timişoara Politexnik və Transilvaniya Universitetləri, Bolqarıstanın Varna İqtisadiyyat Universiteti, İstanbul Gedik Universiteti ilə bakalavriat, magistratura dərəcələrində təhsil alan tələbələrin və akademik heyətin mübadiləsi həyata keçirilir.
2021-ci ildə beynəlxalq əlaqələrin inkişafı çərçivəsində Mingəçevir Dövlət Universiteti Türkiyənin Qazi Universiteti, Yıldız Teknik Universiteti, KTO Karatay Universiteti, İstanbul Gedik universiteti ilə əməkdaşlıq protokolu imzalayıb. Bu universitetlərlə MDU arasında ortaq mühazirələrin təşkil edilməsi, konfransların həyata keçirilməsi, elmi məqalələrin qarşılıqlı olaraq universitetlərin jurnallarında çap edilməsi, tələbə-müəllim mübadiləsi və digər məsələləri əhatə edir.
2021-ci il oktyabrın 27-də MDU və Kiyev Milli İqtisadiyyat Universiteti (KNEU) arasında əməkdaşlıq memorandumu imzalanmışdır. 2021-ci ilin 29 oktyabr tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) və Kiyev Milli Texnologiya və Dizayn Universiteti (Kyiv National University of Technologies and Design-KNUTD) arasında əməkdaşlıq memorandumu imzalanıb.
2021-ci ildən MDU-nun da iştirak etdiyi Avropa Komissiyasının maliyyələşdirdiyi “Erasmus+” proqramı çərçivəsində həyata keçirilən ali təhsildə uyğun istiqamətlərin inkişaf etdirilməsini nəzərdə tutan “Sahil ekosistemlərinin iqlim dəyişikliyinə uyğunlaşdırılması üçün geoməkan mühəndisliyi üzrə yeni fənləri” (“New Courses in Geospatial Engineering for Climate Change Adaptation of Coastal Ecosystems”) GEOCLIC layihəsinə start verilib. Üç il davam edəcək layihədə Azərbaycan, Almaniya, Niderland Krallığı, Litva, Qazaxıstan, Rumıniya və Türkmənistan ali təhsil müəssisələri tərəfdaş kimi çıxış edəcək.
Şöbə müdiri

Samirə Əhmədova
Əməkdaşlar

Pərviz Məmmədrzayev
koordinator
parviz.mammadrzayev@mdu.edu.az

Tamara Xanlayeva
koordinator
tamara.xanlayeva@mdu.edu.az
Beynəlxalq əməkdaşlıq
Xəbərlər
Mingəçevir Dövlət Universiteti və “Aselsan Bakü” MMC yüksək texnologiyalar sahəsində tərəfdaşlıq edəcək: Telekommunikasiya laboratoriyası, təlim və texniki dəstək müzakirə olunub
2026-cı ilin 28 aprel tarixində Mingəçevir Dövlət Universitetinin rektoru Anar Eminovun rəhbərlik etdiyi nümayəndə heyəti “Aselsan Bakü” MMC-də olub. Nümayəndə
Mingəçevir Dövlət Universitetinin müəllim və tələbəsi Səmərqənd Dövlət Universitetində beynəlxalq təcrübə qazanıblar
Mingəçevir Dövlət Universiteti ilə Səmərqənd Dövlət Universiteti arasında imzalanmış qarşılıqlı akademik əməkdaşlıq memorandumuna əsasən, 2026-cı ilin 20–23 aprel tarixlərində universitetin
Mingəçevir Dövlət Universiteti Türkiyənin 2 böyük Universiteti anlaşdı: Regionda PUA hazırlanacaq. Mühəndislik profilli tələbələr Türkiyəyə göndərilir
Mingəçevir Dövlət Universiteti innovasiya yönümlü inkişaf strategiyasına uyğun olaraq pilotsuz uçuş aparatları (PUA) sahəsində beynəlxalq əməkdaşlığın genişləndirilməsi istiqamətində mühüm addım
Mingəçevir Dövlət Universiteti Türkiyənin Düzce Universiteti ilə yeni əməkdaşlıq imkanlarını genişlədirir: Yeni tərəfdaşlıq istiqamətləri müəyyənləşdirilib
2026-cı ilin 15–16 aprel tarixlərində Mingəçevir Dövlət Universitetinin nümayəndə heyəti Türkiyə Respublikasında keçirilən beynəlxalq elmi tədbirdə iştirak edib və səfər
Elanlar

Mingəçevir Dövlət Universiteti Beynəlxalq əməkdaşlıq şöbəsinə Koordinator vəzifəsinə vakansiya elan edir
Mingəçevir Dövlət Universiteti Beynəlxalq əməkdaşlıq şöbəsinə Koordinator vəzifəsinə vakansiya elan edir: Vəzifə öhdəlikləri: · Beynəlxalq proqram və layihələrin idarə olunması.; · Xaricdə

Müəllim və əməkdaşların İngilis dili biliklərinin təkmilləşdirilməsi üzrə təlim proqramı
🔴 MDU-da müəllim və əməkdaşların İngilis dili biliklərinin təkmilləşdirilməsi üzrə təlim proqramına qeydiyyat başladı! ✅ British Council təşkilatı və Mingəçevir

Sloveniya Respublikasının Nova Gorica Universiteti “Erasmus+” proqramı çərçivəsində sənəd qəbulu elan edir
Avropa İttifaqı tərəfindən maliyyələşdirilən “Erasmus+” proqramı çərçivəsində Sloveniya Respublikasının Nova Gorica Universiteti akademik heyət üzvləri və tələbələrin mübadiləsinin həyata keçirilməsi