Beynəlxalq əlaqələr və əməkdaşlıq şöbəsi
Mingəçevir Dövlət Universitetinin Beynəlxalq əməkdaşlıq ofisi öz fəaliyyətini Azərbaycan Respublikasının qanunvericiliyi və tərəfdar çıxdığı beynəlxalq müqavilələr əsasında həyata keçirir.
Mingəçevir Dövlət Universitetinin (MDU) beynəlxalq əlaqələri xarici ölkə universitetləri ilə ikitərəfli əməkdaşlığı, beynəlxalq təhsil proqramlarında iştirakı, əcnəbi tələbələrin cəlb olunmasını, müvafiq beynəlxalq təşkilatlarla işbirliyini və digər istiqamətləri əhatə edir.
Şöbədə görülən işlər
Xarici ölkə universitetləri ilə əməkdaşlıq tələbə və müəllim mübadiləsinin həyata keçirilməsini, ortaq Yay Məktəblərinin və ikili diplom proqramlarının reallaşdırılmasını, birgə elmi konfransların və seminarların təşkilini, qarşılıqlı faydalı təcrübə mübadiləsinin aparılmasını nəzərdə tutur. Bu vaxta qədər, MDU dünyanın bir çox ölkəsinin ali təhsil müəssisələri ilə ikitərəfli əməkdaşlıq müqaviləsi imzalamışdır.
“Erasmus +” proqramı üzrə müəllim-tələbə mübadiləsi sahəsində fəaliyyət uğurla davam etdirilir. Təhsil aldıqları müddətdə topladıqları kreditlərin bir hissəsini tərəfdaş universitetlərdə qazanmış tələbələrimizin sayı sürətlə artır. Həmin proqram çərçivəsində İspaniyanın Valladolid Universiteti, Ruminiyanın Timişoara Politexnik və Transilvaniya Universitetləri, Bolqarıstanın Varna İqtisadiyyat Universiteti, İstanbul Gedik Universiteti ilə bakalavriat, magistratura dərəcələrində təhsil alan tələbələrin və akademik heyətin mübadiləsi həyata keçirilir.
2021-ci ildə beynəlxalq əlaqələrin inkişafı çərçivəsində Mingəçevir Dövlət Universiteti Türkiyənin Qazi Universiteti, Yıldız Teknik Universiteti, KTO Karatay Universiteti, İstanbul Gedik universiteti ilə əməkdaşlıq protokolu imzalayıb. Bu universitetlərlə MDU arasında ortaq mühazirələrin təşkil edilməsi, konfransların həyata keçirilməsi, elmi məqalələrin qarşılıqlı olaraq universitetlərin jurnallarında çap edilməsi, tələbə-müəllim mübadiləsi və digər məsələləri əhatə edir.
2021-ci il oktyabrın 27-də MDU və Kiyev Milli İqtisadiyyat Universiteti (KNEU) arasında əməkdaşlıq memorandumu imzalanmışdır. 2021-ci ilin 29 oktyabr tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) və Kiyev Milli Texnologiya və Dizayn Universiteti (Kyiv National University of Technologies and Design-KNUTD) arasında əməkdaşlıq memorandumu imzalanıb.
2021-ci ildən MDU-nun da iştirak etdiyi Avropa Komissiyasının maliyyələşdirdiyi “Erasmus+” proqramı çərçivəsində həyata keçirilən ali təhsildə uyğun istiqamətlərin inkişaf etdirilməsini nəzərdə tutan “Sahil ekosistemlərinin iqlim dəyişikliyinə uyğunlaşdırılması üçün geoməkan mühəndisliyi üzrə yeni fənləri” (“New Courses in Geospatial Engineering for Climate Change Adaptation of Coastal Ecosystems”) GEOCLIC layihəsinə start verilib. Üç il davam edəcək layihədə Azərbaycan, Almaniya, Niderland Krallığı, Litva, Qazaxıstan, Rumıniya və Türkmənistan ali təhsil müəssisələri tərəfdaş kimi çıxış edəcək.
Şöbə müdiri

Samirə Əhmədova
Əməkdaşlar

Pərviz Məmmədrzayev
koordinator
parviz.mammadrzayev@mdu.edu.az

Tamara Xanlayeva
koordinator
tamara.xanlayeva@mdu.edu.az
Beynəlxalq əməkdaşlıq
Xəbərlər
Mingəçevir Dövlət Universitetinin tələbələri üçün xaricdə təhsillə bağlı onlayn infosessiya keçiriləcək
2026-cı ilin 8–12 iyun tarixlərində Mingəçevir Dövlət Universitetində keçiriləcən “Beynəlxalqlaşma, İnnovasiya və Dayanıqlı İnkişaf Həftəsi” çərçivəsində xaricdə təhsil imkanlarına həsr
MDU-nun İndoneziya və Malayziya Universitetləri ilə Tərəfdaşlığı Tələbə Mobilliyində Yeni Mərhələ Açır
Mingəçevir Dövlət Universiteti son dövrdə beynəlxalq akademik əməkdaşlıq istiqamətində atdığı addımlarla diqqət çəkir və bu proses artıq formal razılaşmalardan daha
İngilis dili imtahanlarında dinləmə bacarıqlarının qiymətləndirilməsi: Mingəçevir Dövlət Universitetində Kembric modelinə tam keçid edilib
2026-cı ilin 1 iyun tarixindən Mingəçevir Dövlət Universitetində 2025/2026-cı tədris ilinin yaz semestrinin imtahan sessiyasına start verilib. Təhsildə keyfiyyətin yüksəldilməsi,
Mingəçevir Dövlət Universiteti ilə İndoneziyanın BINUS Universiteti arasında əməkdaşlıq memorandumu imzalanıb
2026-cı ilin 22 may tarixində Mingəçevir Dövlət Universiteti ilə İndoneziyanın BINUS Universiteti arasında akademik əməkdaşlığın inkişafına yönəlmiş Əməkdaşlıq Memorandumu imzalanıb.
Elanlar

Mingəçevir Dövlət Universitetində “Beynəlxalqlaşma, İnnovasiya və Dayanıqlı İnkişaf Həftəsi” keçiriləcək
2026-cı ilin 8–12 iyun tarixlərində Mingəçevir Dövlət Universitetinin təşkilatçılığı ilə “Beynəlxalqlaşma, İnnovasiya və Dayanıqlı İnkişaf Həftəsi” keçiriləcək. Həftə çərçivəsində tələbə

Mingəçevir Dövlət Universitetində beynəlxalq elmi konfrans keçiriləcək
Mingəçevir Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən Süni İntellekt və Rəqəmsal Texnologiyalar İnstitutunun, Türkiyənin aparıcı ali təhsil müəssisələri olan Gazi Universiteti,

“ODTÜ Yay Məktəbi – 2026” üçün müraciətlərin qəbulu başladı
Universitetimizin tələbələri üçün Orta Doğu Teknik Üniversitesi (ODTÜ) tərəfindən təşkil olunan Beynəlxalq Yay Məktəbi Proqramına müraciət açıq elan olunur! 📅