Mingəçevir Dövlət Universitetində “Beynəlxalqlaşma, İnnovasiya və Dayanıqlı İnkişaf Həftəsi” keçiriləcək

2026-cı ilin 8–12 iyun tarixlərində  Mingəçevir Dövlət Universitetinin təşkilatçılığı ilə “Beynəlxalqlaşma, İnnovasiya və Dayanıqlı İnkişaf Həftəsi” keçiriləcək.

Həftə çərçivəsində tələbə startap və innovasiya layihələrinin təqdimatı, xaricdə təhsil və mübadilə proqramları haqqında məlumat sessiyaları, hibrid seminarlar, beynəlxalq mətbəx günü və idman oyunları təşkil olunacaq.

Tədbirin əsas məqsədi universitetdə beynəlxalq əməkdaşlıq imkanlarının genişləndirilməsi, innovativ düşüncənin təşviqi, tələbələrin qlobal təhsil və layihə imkanları barədə məlumatlandırılması, eləcə də dayanıqlı inkişaf təşəbbüslərinə dəstək verilməsidir.

Həftənin şüarı: “Qlobal tərəfdaşlıq, innovativ düşüncə və dayanıqlı gələcək naminə”.

Bütün tələbə və əməkdaşları həftə ərzində keçiriləcək tədbirlərdə fəal iştirak etməyə dəvət edirik.