Beynəlxalq əlaqələr və əməkdaşlıq şöbəsi

Mingəçevir Dövlət Universitetinin Beynəlxalq əməkdaşlıq ofisi öz fəaliyyətini Azərbaycan Respublikasının qanunvericiliyi və tərəfdar çıxdığı beynəlxalq müqavilələr əsasında həyata keçirir.

Mingəçevir Dövlət Universitetinin (MDU) beynəlxalq əlaqələri xarici ölkə universitetləri ilə ikitərəfli əməkdaşlığı, beynəlxalq təhsil proqramlarında iştirakı, əcnəbi tələbələrin cəlb olunmasını, müvafiq beynəlxalq təşkilatlarla işbirliyini və digər istiqamətləri əhatə edir.

Şöbədə görülən işlər

Xarici ölkə universitetləri ilə əməkdaşlıq tələbə və müəllim mübadiləsinin həyata keçirilməsini, ortaq Yay Məktəblərinin və ikili diplom proqramlarının reallaşdırılmasını, birgə elmi konfransların və seminarların təşkilini, qarşılıqlı faydalı təcrübə mübadiləsinin aparılmasını nəzərdə tutur. Bu vaxta qədər, MDU dünyanın bir çox ölkəsinin ali təhsil müəssisələri ilə ikitərəfli əməkdaşlıq müqaviləsi imzalamışdır.

“Erasmus +” proqramı üzrə müəllim-tələbə mübadiləsi sahəsində fəaliyyət uğurla davam etdirilir. Təhsil aldıqları müddətdə topladıqları kreditlərin bir hissəsini tərəfdaş universitetlərdə qazanmış tələbələrimizin sayı sürətlə artır. Həmin proqram çərçivəsində İspaniyanın Valladolid Universiteti, Ruminiyanın Timişoara Politexnik və Transilvaniya Universitetləri, Bolqarıstanın Varna İqtisadiyyat Universiteti, İstanbul Gedik Universiteti ilə bakalavriat, magistratura dərəcələrində təhsil alan tələbələrin və akademik heyətin mübadiləsi həyata keçirilir.

2021-ci ildə beynəlxalq əlaqələrin inkişafı çərçivəsində Mingəçevir Dövlət Universiteti Türkiyənin Qazi Universiteti, Yıldız Teknik Universiteti, KTO Karatay Universiteti, İstanbul Gedik universiteti ilə əməkdaşlıq protokolu imzalayıb. Bu universitetlərlə MDU arasında ortaq mühazirələrin təşkil edilməsi, konfransların həyata keçirilməsi, elmi məqalələrin qarşılıqlı olaraq universitetlərin jurnallarında çap edilməsi, tələbə-müəllim mübadiləsi və digər məsələləri əhatə edir.

2021-ci il oktyabrın 27-də MDU və Kiyev Milli İqtisadiyyat Universiteti (KNEU) arasında əməkdaşlıq memorandumu imzalanmışdır. 2021-ci ilin 29 oktyabr tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) və Kiyev Milli Texnologiya və Dizayn Universiteti (Kyiv National University of Technologies and Design-KNUTD) arasında əməkdaşlıq memorandumu imzalanıb.

2021-ci ildən MDU-nun da iştirak etdiyi Avropa Komissiyasının maliyyələşdirdiyi “Erasmus+” proqramı çərçivəsində həyata keçirilən ali təhsildə uyğun istiqamətlərin inkişaf etdirilməsini nəzərdə tutan “Sahil ekosistemlərinin iqlim dəyişikliyinə uyğunlaşdırılması üçün geoməkan mühəndisliyi üzrə yeni fənləri” (“New Courses in Geospatial Engineering for Climate Change Adaptation of Coastal Ecosystems”) GEOCLIC layihəsinə start verilib. Üç il davam edəcək layihədə Azərbaycan, Almaniya, Niderland Krallığı, Litva, Qazaxıstan, Rumıniya və Türkmənistan ali təhsil müəssisələri tərəfdaş kimi çıxış edəcək.

Şöbə müdiri

Samirə Əhmədova

samira.ahmadova@mdu.edu.az

Əməkdaşlar

Pərviz Məmmədrzayev

koordinator
parviz.mammadrzayev@mdu.edu.az

Tamara Xanlayeva

koordinator
tamara.xanlayeva@mdu.edu.az

Beynəlxalq əməkdaşlıq

Xəbərlər

Dayanıqlı tərəfdaşlıqlar və keyfiyyətli təhsil naminə: Rektor Anar Eminov “Study in Azerbaijan” sərgisinin açılış mərasimində iştirak edib

Dayanıqlı tərəfdaşlıqlar və keyfiyyətli təhsil naminə: Rektor Anar Eminov “Study in Azerbaijan” sərgisinin açılış mərasimində iştirak edib

2026-cı ilin 6 aprel tarixində Mingəçevir Dövlət Universitetinin rektoru Anar Eminov və nümayəndə heyəti Qazaxıstanın Almatı şəhərində yerləşən Əl-Farabi adına

Universitet-tədqiqat-sənaye inteqrasiyası ilə dayanıqlı gələcəyə: Mingəçevir Dövlət Universitetində “Tədqiqat Mövzu Hovuzu Platforması” təqdim olunub

Universitet-tədqiqat-sənaye inteqrasiyası ilə dayanıqlı gələcəyə: Mingəçevir Dövlət Universitetində “Tədqiqat Mövzu Hovuzu Platforması” təqdim olunub

2026-cı ilin 2 aprel tarixində Mingəçevir Dövlət Universitetində “Tədqiqat Mövzu Hovuzu Platforması”nın təqdimat mərasimi keçirilib. “Azərbaycan İES” MMC-də keçirilən tədbirdə

Mingəçevir Dövlət Universitetindən Avropaya açılan qapı: Macarıstan universitetləri ilə əməkdaşlıq imkanları müzakirə olunub

Mingəçevir Dövlət Universitetindən Avropaya açılan qapı: Macarıstan universitetləri ilə əməkdaşlıq imkanları müzakirə olunub

Mingəçevir Dövlət Universitetinin Beynəlxalq əlaqələr və əməkdaşlıq şöbəsinin müdiri Samirə Əhmədova Macarıstana işgüzar səfər çərçivəsində bir sıra nüfuzlu ali təhsil

Mingəçevir Dövlət Universitetinin müəllimləri beynəlxalq akademik mühitdə təcrübə mübadiləsində iştirak ediblər: Türkiyə və Özbəkistan universitetlərində mobillik proqramı

Mingəçevir Dövlət Universitetinin müəllimləri beynəlxalq akademik mühitdə təcrübə mübadiləsində iştirak ediblər: Türkiyə və Özbəkistan universitetlərində mobillik proqramı

Mingəçevir Dövlət Universitetinin müəllimləri beynəlxalq akademik mübadilə çərçivəsində Türkiyə və Özbəkistanın nüfuzlu ali təhsil müəssisələrində akademik mobillik proqramında iştirak ediblər.

Elanlar