Beynəlxalq əlaqələr və əməkdaşlıq şöbəsi
Mingəçevir Dövlət Universitetinin Beynəlxalq əməkdaşlıq ofisi öz fəaliyyətini Azərbaycan Respublikasının qanunvericiliyi və tərəfdar çıxdığı beynəlxalq müqavilələr əsasında həyata keçirir.
Mingəçevir Dövlət Universitetinin (MDU) beynəlxalq əlaqələri xarici ölkə universitetləri ilə ikitərəfli əməkdaşlığı, beynəlxalq təhsil proqramlarında iştirakı, əcnəbi tələbələrin cəlb olunmasını, müvafiq beynəlxalq təşkilatlarla işbirliyini və digər istiqamətləri əhatə edir.
Şöbədə görülən işlər
Xarici ölkə universitetləri ilə əməkdaşlıq tələbə və müəllim mübadiləsinin həyata keçirilməsini, ortaq Yay Məktəblərinin və ikili diplom proqramlarının reallaşdırılmasını, birgə elmi konfransların və seminarların təşkilini, qarşılıqlı faydalı təcrübə mübadiləsinin aparılmasını nəzərdə tutur. Bu vaxta qədər, MDU dünyanın bir çox ölkəsinin ali təhsil müəssisələri ilə ikitərəfli əməkdaşlıq müqaviləsi imzalamışdır.
“Erasmus +” proqramı üzrə müəllim-tələbə mübadiləsi sahəsində fəaliyyət uğurla davam etdirilir. Təhsil aldıqları müddətdə topladıqları kreditlərin bir hissəsini tərəfdaş universitetlərdə qazanmış tələbələrimizin sayı sürətlə artır. Həmin proqram çərçivəsində İspaniyanın Valladolid Universiteti, Ruminiyanın Timişoara Politexnik və Transilvaniya Universitetləri, Bolqarıstanın Varna İqtisadiyyat Universiteti, İstanbul Gedik Universiteti ilə bakalavriat, magistratura dərəcələrində təhsil alan tələbələrin və akademik heyətin mübadiləsi həyata keçirilir.
2021-ci ildə beynəlxalq əlaqələrin inkişafı çərçivəsində Mingəçevir Dövlət Universiteti Türkiyənin Qazi Universiteti, Yıldız Teknik Universiteti, KTO Karatay Universiteti, İstanbul Gedik universiteti ilə əməkdaşlıq protokolu imzalayıb. Bu universitetlərlə MDU arasında ortaq mühazirələrin təşkil edilməsi, konfransların həyata keçirilməsi, elmi məqalələrin qarşılıqlı olaraq universitetlərin jurnallarında çap edilməsi, tələbə-müəllim mübadiləsi və digər məsələləri əhatə edir.
2021-ci il oktyabrın 27-də MDU və Kiyev Milli İqtisadiyyat Universiteti (KNEU) arasında əməkdaşlıq memorandumu imzalanmışdır. 2021-ci ilin 29 oktyabr tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) və Kiyev Milli Texnologiya və Dizayn Universiteti (Kyiv National University of Technologies and Design-KNUTD) arasında əməkdaşlıq memorandumu imzalanıb.
2021-ci ildən MDU-nun da iştirak etdiyi Avropa Komissiyasının maliyyələşdirdiyi “Erasmus+” proqramı çərçivəsində həyata keçirilən ali təhsildə uyğun istiqamətlərin inkişaf etdirilməsini nəzərdə tutan “Sahil ekosistemlərinin iqlim dəyişikliyinə uyğunlaşdırılması üçün geoməkan mühəndisliyi üzrə yeni fənləri” (“New Courses in Geospatial Engineering for Climate Change Adaptation of Coastal Ecosystems”) GEOCLIC layihəsinə start verilib. Üç il davam edəcək layihədə Azərbaycan, Almaniya, Niderland Krallığı, Litva, Qazaxıstan, Rumıniya və Türkmənistan ali təhsil müəssisələri tərəfdaş kimi çıxış edəcək.
Şöbə müdiri

Samirə Əhmədova
Əməkdaşlar

Pərviz Məmmədrzayev
koordinator
parviz.mammadrzayev@mdu.edu.az

Tamara Xanlayeva
koordinator
tamara.xanlayeva@mdu.edu.az
Beynəlxalq əməkdaşlıq
Xəbərlər
Mingəçevir Dövlət Universitetində ikili diplom proqramları ilə bağlı infosessiya keçirilib
Mingəçevir Dövlət Universitetində tələbələr və akademik heyət üçün ikili diplom proqramlarının genişləndirilməsi mövzusunda infosessiya təşkil olunub. Tədbirdə universitetin Beynəlxalq əlaqələr
Mingəçevir Dövlət Universitetində tələbə və müəllimlər üçün mübadilə proqramına müraciətlər başlayır: Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Şimali Kipr və Macarıstan universitetlərində təhsil və tədris imkanı
Mingəçevir Dövlət Universiteti tələbə və müəllimlər üçün beynəlxalq akademik mübadilə imkanlarını genişləndirməyə davam edir. Universitetdə 2026–2027-ci tədris ilinin payız və
Mingəçevir Dövlət Universitetində Riyaziyyat, Mühəndislik, Təbiət və Tibb Elmləri üzrə 21-ci Beynəlxalq Avropa Konfransı (MAS) öz işinə başlayıb
2026-cı ilin 2–4 mart tarixlərində Mingəçevir Dövlət Universiteti və Türkiyə Cumhuriyyətinin İqtisadi İnkişaf və Sosial Tədqiqatlar İnstitutunun (İKSAD) birgə təşkilatçılığı
Mingəçevir Dövlət Universiteti beynəlxalq təhsil məkanında uğurla təmsil olunur: Tələbələrimiz mübadilə proqramı çərçivəsində təhsillərini Türkiyə və Qazaxıstanda davam etdirirlər
Mingəçevir Dövlət Universitetinin tələbələri yaz semestrindən etibarən beynəlxalq mübadilə proqramı çərçivəsində Türkiyə Respublikası və Qazaxıstan Respublikasının nüfuzlu ali təhsil müəssisələrində
Elanlar

Müəllim və əməkdaşların İngilis dili biliklərinin təkmilləşdirilməsi üzrə təlim proqramı
🔴 MDU-da müəllim və əməkdaşların İngilis dili biliklərinin təkmilləşdirilməsi üzrə təlim proqramına qeydiyyat başladı! ✅ British Council təşkilatı və Mingəçevir

Sloveniya Respublikasının Nova Gorica Universiteti “Erasmus+” proqramı çərçivəsində sənəd qəbulu elan edir
Avropa İttifaqı tərəfindən maliyyələşdirilən “Erasmus+” proqramı çərçivəsində Sloveniya Respublikasının Nova Gorica Universiteti akademik heyət üzvləri və tələbələrin mübadiləsinin həyata keçirilməsi

İspaniyanın Valladolid Universiteti Erasmus+ Proqramı çərçivəsində tələbə qəbulu elan edir
Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Erasmus+ proqramı çərçivəsində, İspaniya Krallığının Valladolid Universiteti (University of Valladolid, UVA Erasmus+ KA171) 2024-2025-ci tədris ilinin